Tabloid.az
Dəri çantaları necə təmizləmək lazımdır?
Dəri çantalar çox dəbli görünsələr də, onları qoruyub saxlamaq biraz çətindir.
Ancaq müəyyən qaydalara əməl edərək çantanızı uzun illər istifadə edə bilərsiniz.
Tabloid.az dəri çantanı qorumaq üçün bəzi məsləhətləri təqdim edir:
Çantanızda olan ətir, aseton, odekolon kimi məhsulların qapağını möhkəm bağlayın.
Kimyəvi maddələr dəri çantalar üçün zərərlidir. Ona görə də, çantanızı kimyəvi maddələrin təsirindən qoruyun.
Çantanız zərər görübsə, özünüz təmir etməyə çalışmayın. Professional kömək almağınız məsləhətdir.
Dəri çantanızı hava ala biləcəyi şəkildə mühafizə edin.
Formasının pozulmaması üçün içərisinə qəzet kağızları qoya bilərsiniz.
Drəi çantanızın rənginin solmasını istəmirsinizsə, onu günəşin altında saxlamayın.
Dəri çantanı təmizləmək üçün sabunlu suya batırılmış yumşaq bir bezdən istifadə edin. Sildikdən sonra yumşaq, quru bezlə qurulayın. Çantanızın rənginin solmaması üçün xüsusi yağlardan istifadə edə bilərsiniz.
Əgər çantanız islanıbsa, onu otaq şəraitində qurudun. Qurutmaq məqsədilə əsla fendən və otaq qızdırıcısından istifadə etməyin.
Əks halda, çantanız yararsız hala düşə bilər.
Çantanın üzərindəki su ləkələrini aradan qaldırmaq üçün isə onu 5-10 saniyə buxara tutun və daha sonra dəri yağı ilə cilalayın. Dəri çantanızın təmizliyində boya ehtiva etməyən məhsullardan istifadə edin.
Tabloid.az
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR