“Ən çətini düzgün oğlanı tapmaqdır” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Ən çətini düzgün oğlanı tapmaqdır” - Fotolar

“Ən çətini düzgün oğlanı tapmaqdır” - Fotolar

Aktrisa Salma Hayek "The Edit" jurnalının yeni buraxılışının üz qabığını bəzəyir. Cazibədar aktrisa jurlan üçün seksual ağ-qara fotosessiyaya çəkilib. Fotosessiyada Salma Hayek "Balenciaga", "Gareth Pugh", "Alexander McQueen" və digər moda brendlərin geyimlərini nümayiş etdirib.

Jurnala müsahibə verən aktrisa xoşbəxt evlilik həyatından da danışıb. O, xoşbəxt nikah haqqında bunları deyib:

"Siz bu fikrimə gülə bilərsiniz, amma ən əsası düzgün oğlanı tapmaqdır. Bu, ən mühüm məqamdır, həm də ən çətin, çünki belə kişilər çox azdır. Kişi qadına həmişə dəstək olmalıdır, daha özünü pis hiss etməyə məcbur etməməlidir. Yaxşı nikah üçün səxavət, qayğı və öz tərəfdaşına diqqət lazımdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm