Tabloid.az
“Elnura burda dəyər vermədilər fikri ilə razı deyiləm”
Müğənni Elnur Hüseynovun "O səs Türkiyə" musiqi yarışmasında qalib gəlməsi həmvətənlərimizi sevindirdiyi qədər, həmçinin də üzüb. Bir qrup insan Elnura Azərbaycanda lazımi qiymətin verilmədiyindən Azərbaycanı tərk etdiyini yazıb. Tabloid.az xəbər verir ki, xalq artisti Mübariz Tağıyev "Gün üzü" verilişində məsələyə münasibət bildirib.
"Hamı danışır ki, Elnura burda dəyər vermədilər çıxdı getdi burdan. Bu, bütün zamanlarda olub. O vaxtlar Yurmala festivalı var idi. Sponsor tapanlar gedirdilər. Amma bu da təkcə sponsorla həll olunmurdu. Yerlibazlıq çox önəmli idi. Festivala gedə bilərdin, amma, yer tutmaq çətin məsələ idi.
Bu gün “O səs Türkiyə” yarışmasında iştirak etmək və qalib gəlmək Azərbaycan estradasının uğurlarından biridir. Biz “Eurovision”u Azərbaycana gətirdik. Birinci də olduq, üçüncü də, beşinci də... Bu cəmi 5-6 il ərzində oldu. Qısa vaxtda bu uğuru qazanmaq böyük nailiyyətdir. Əlbəttə bu məsələdə dövlətin köməyini vurğulamaq lazımdır.
Amma Elnura burda dəyər vermədilər qoydu getdi fikri ilə razı deyiləm. Belə bir psixologiya var ki, müğənni əgər hansısa bir yarışmada qalib gəlibsə, növbəti festivallara qatılmır. Buna səbəb isə uduza bilmək qorxusudur. Elnur Hüseynov bu steorotipi sındırmağı bacardı.
Elnura burdan səslənirəm. Elnur, bundan sonra bütün həyatın və yaradıcılığın Azərbaycan ilə bağlı olacaq. Bunu unutma. Elnurdan sonra çox ifaçılarımız gedəcək. Qoy elə Samirin özü də getsin".
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ