Tarkandan yeni klip – Video
Bizi izləyin

Tabloid.az

Tarkandan yeni klip – Video

Tarkan Kayahana belə dəstək oldu

Hazırda xərçəng xəstəliyi ilə mübarizə aparan məşhur sənətçi Kayahan eyni zamanda “Kayahanın ən yaxşıları 1” adlı albomuyla da gündəmdədir.

Tarkan, Sezen Aksu, İpek Açar, Sıla, Candan Erçetin, Gülşən, Emrə Aydın kimi məşhur müğənnilərin səsləndirdiyi mahnıların toplusu olan albom 12 həftədir ki, “Ən çox satılanlar” siyahısında zirvədədir. Albomda Tarkan söz və musiqisi Kayahana aid olan “Yemin ettim” adlı mahnını səsləndirib.

Meqastar “Yemin ettim”in klipini özü hazırlayıb. O, ötən ilin yaz aylarında Harbiye Açıqhava səhnəsində verdiyi konsertlərdən kadrlar toplayaraq maraqlı bir video-çarx hazırlayıb.

Klip artıq ən populyar musiqi kanallarında yayımlanmağa başlayıb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm