16 min qonağın iştirak etdiyi toy – Fotolar
Bizi izləyin

Tabloid.az

16 min qonağın iştirak etdiyi toy – Fotolar

Cütlüyün toyu üç gün üç gecə davam edib

Hindistanın ən zəngin ailəsi öz qızına toy edib. İllərdir ki, Londonda yaşayan ailənin övladı Sanjay Hinduja sevgilisi Anu Mahtani ilə ailə qurub. Cütlüyün toyu üç gün, üç gecə davam edib. Toyda Cennifer Lopez və Nikol Şerzinqer iştirak ediblər. Hər iki ulduz bir gecə üçün 1 milyon sterlinq qonorar tələb ediblər.

Toya 16 min qonaq dəvət edilib. Nəinki Hindistandan, dünyanın dörd bir tərəfindən 280 özəl təyyarə ilə Londona gətirilən qonaqlar daha sonra yüzlərlə özəl yaxta ilə toyun baş tutduğu Pikola gölünün ortasındakı adaya aparılıblar.

Toyun keçirildiyi 3 gün, 3 gecə ərzində qonaqlar dünyanın ən lüks oteli olan “Jagmandir Island Palace”da (gecəsi 3 min sterlinqdir) qalıblar. Bütün qonaqlara sari geyinmələri şərt qoyulub. Sariləri ölkənin ən məşhur modelyeri Maniş Malhtora hazırlayıb.

Ailə toy üçün 15 milyon sterlinq xərcləyib.

Qeyd edək ki, Sanjay Hinduja 26 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanları siyahısında yer alıb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm