İlhamə: “Toydan sonra bəylə otelə gedən müğənnimiz var”
Bizi izləyin

Tabloid.az

İlhamə: “Toydan sonra bəylə otelə gedən müğənnimiz var”

Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva müğənnilərin paxırlarını açıb.

Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva müğənnilərin paxırlarını açıb. O, ad çəkməsə də ismarışını ünvanına göndərib. Tabloid.az xəbər verir ki, İlhamə Quliyeva bu çıxışını "ATV Maqazin" verilişində edib.

"Bir müğənni var konkret olaraq geyilmiş, rəhmətə gedənlərin paltarını geyinir. Onun bunun paltarını geyinib, çəkməsini geyinib yerişini yerişə bilməyənlər gərək belə şeylərlə özlərini reklam etməsinlər. Müğənni var ki, toyda oxuyur. Toydan sonra bəy ilə otelə gedir. Bəy evə getmir. Müğənni var ki, zərgəri keçirdib əlinə, onun qızılını sağır. Dili də var danışmağa. Gör bunlar özlərini kiminlə müqayisə edirlər. Üzlərini o qədər botoks edirlər ki, üz partlayır. Sifət çuğundur rəngində olub.

Pasrportda yaşı düzəltməklə deyil. Bakı balaca şəhərdir. Hamı bir birini yaxşı tanıyır. Hamının sinif və məktəb yoldaşları var. Özünün 60 yaşı var, amma özünü cavan qız uşağı kimi təqdim edir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm