Elnur Hüseynov Türkiyənin ən reytinqli verilişində qonaq oldu – Video
Bizi izləyin

Tabloid.az

Elnur Hüseynov Türkiyənin ən reytinqli verilişində qonaq oldu – Video

Elnur Hüseynov “Beyaz Show”da qonaq oldu – Video

“O səs Türkiyə” yarışmasında qalib gələn həmyerlimiz Elnur Hüseynov Türkiyənin ən reytinqli verilişlərindən biri olan “Beyaz Show”da qonaq olub.

Proqramın aparıcısı məşhur şoumen Bəyazıt Öztürk (Bəyaz) proqramında qonaq olan Elnurdan hisslərini bölüşməyini istəyib.

Elnur Hüseynov Azərbaycanı salamlayıb və Türkiyədə yaşayıb ona dəstək olan azərbaycanlılara, eləcə də türk xalqına təşəkkürünü çatdırıb.

Elnur Hüseynov gələcək planları haqqında isə bunları deyib:

“Azərbaycanda İsfar Sarabski adlı cazmen var, onunla albom üçün ingilis dilində 7-8 mahnı hazırlayırıq. Eyni zamanda, tərzimə uyğun bəzi türk mahnıları da oxuyacağam”.

Elnur proqramda Paul Robesonun repertuarından məşhur “Sometimes I Feel Like a Motherless Child” mahnısını da səsləndirib. Bəyaz Elnurun ifasına və səsinə heyranlığını gizlətməyib və onun möhtəşəm bir səsə sahib olduğunu söyləyib.

Proqramdan görüntüləri təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm