Astroloji proqnoz - 22 fevral
Bizi izləyin

Tabloid.az

Astroloji proqnoz - 22 fevral

Astroloji proqnoz - 22 fevral

QOÇ - Yeni əlaqələr yaratmaq, perspektivli sövdələşmələrə başlamaq gün ərzində üzərinizə düşən başlıca vəzifə olmalıdır. İşlərin çoxluğundan xoflanmayın. Əsası odur ki, nəticə xeyrinizədir.

BUĞA - Ulduzların düzümünə əsasən bu gündən etibarən şəxsi işlərinizdə müsbət dönüş yaranmalıdır. Bunun üçün müttəfiqlərinizlə daha sıx əlaqə saxlamalı, yalan vədlər verməməlisiniz.

ƏKİZLƏR - Günün ümumi mənzərəsi qənaətbəxş olsa da, insanlarla münasibətdə bir qədər ehtiyatlı tərpənməlisiniz. Çünki gün ərzində ciddi münaqişələrlə üzləşmə ehtimalınız var. Pul da gözlənilir.

XƏRÇƏNG - Rastlaşdığınız situasiyaların mürəkkəbliyindən qorxmayın. Ən azı ona görə ki, atdığınız hər bir addım ulduzlar tərəfindən dəstəklənir. Sevdiyiniz şəxslə münasibətləri qoruyun.

ŞİR - İqlimin necəliyinə baxmayaraq, evdə oturmağa lüzum yoxdur. Çünki sizi müvəffəqiyyət gözləyir. Sevindirici xəbərlər, şəxsi işlərinizdə müsbət dönüş də mümkündür.

QIZ - Bir qədər qalmaqallı gündür. Təxminən saat 16-ya qədər proseslər mənfi müstəvidə cərəyan edə bilər. Odur ki, dua və ziyarətlərinizi əsirgəməyin. Özünüzü təmkinli aparın, səhhətinizə fikir verin.

TƏRƏZİ - Ümumi kosmik mənzərə pozitiv olduğundan gün ərzində uğurlarınız çox olacaq. Rastlaşdığınız hadisələrin müsbət çalar daşıması və maddi problemlərinizin tənzimlənməsi sizi sevindirəcək.

ƏQRƏB - Fəaliyyətlə bağlı vəziyyətiniz qənaətbəxş olacaq. Şəxsi büdcənizdə də uğurlarınız mümkündür. Sizə ümid və sevgi bəsləyənlərin inamından sui-istifadə etməyin. Təşəbbüskar olun.

OXATAN - Şad xəbərlər yolunuzu gözləyir. Hətta yeni və maraqlı təkliflər almaq ehtimalınız da var. Nahar ərəfəsində qarşınıza çıxan şanslardan istifadə edin ki, gələcək günləriniz xoş olsun.

OĞLAQ – Saat 12-yə qədər istirahət edib sonrakı müddətdə isə aktiv fəaliyyətə keçin. Aldığınız təkliflərə ciddi yanaşın. Qərar çıxararkən qətiyyətli olun. Reallıqdan kənara çıxmayın.

SUTÖKƏN - Xoş bir gün yaşayacağınızdan xəbər verən ulduzlar maraqlı insanlarla rastlaşacağınızı bildirir. Dəvətlərdən boyun qaçırmayın. İmkan tapıb müqəddəs ziyarətgahlara da baş çəkin.

BALIQLAR - Təxminən saat 15-ə qədər hər bir məsələdə neytral mövqe seçməlisiniz. Çünki göstərilən müddətdə orqanizminizdə passivlik hökm sürəcək. Sonrakı ərəfəni ailə-sevgi məsələlərinə həsr edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm