İki moda evi məşhurları seçim qarşısında qoydu - Fotolar
Bizi izləyin

Tabloid.az

İki moda evi məşhurları seçim qarşısında qoydu - Fotolar

"Oskar" mükafatının təqdimatına bir neçə saat qaldı

"Oskar" mükafatının təqdimatına bir neçə saat qaldı. Bütün dünya qaliblərin adlarının açıqlanacağı mərasimi gözləyir. Kinomanlar proqnozlar verməkdə davam edirlər.

Tabloid.az qərb mətbuatına istinadən xəbər verir ki, mükafatın təqdim ediləcəyi Los-Ancelesdə "Oskar" öncəsi təşkil edilən ziyafət məclislərinin sayı çoxdur. Hətta iki məşhur moda evi eyni saatda müxtəlif məkanlarda ziyafət təşkil ediblər. "Chanel" və "Armani" bir-biriləri rəqabətə giriblər desək yanılmarıq.

Məşhurlardan Kira Naytli, Rouzi-Hantinqton-Uaytli, Cesika Cesteyn, Lili Allen, Kristen Stüart və Cenyuari Cons və başqaları "Chanel"i seçiblər.

Keyt Blanşet, Mariya Şrayver, Karolina Kurkova, Feyt Hill və digər tanınmışlar Roberta Armaninin qonaqları olublar.

Olimpiya çempionlarının "Gold Meets Goldenz"in gecəsində isə Nikol Kidman, Keyti Holms idmançıları təbrik etməyə gəliblər.

Tabloid.az hər üç ziyafətdən fotoları təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm