İbrahim Tatlısəs Sibel Can üçün qoyun kəsdi və... – Fotolar
Bizi izləyin

Tabloid.az

İbrahim Tatlısəs Sibel Can üçün qoyun kəsdi və... – Fotolar

Mayamidə qoyun kəsib, kabab çəkdi

Məşhur müğənni Sibel Can ötən gün “TİM Show Center”da verəcəyi konsertdən öncə paparassilərin qarşısına keçib və sualları cavablandırıb.

Əməliyyat olmaq üçün Amerikaya gedən İbrahim Tatlısəs ilə Mayamidə görüşdüyünü deyən, Sibel Can açıqlamaları ilə hər kəsi təəccübləndirib. Müğənninin sözlərinə görə, imperator onun üçün Mayamidə qoyun kəsdirərək kabab çəkib:

“İbrahim bəy Mayamidəki evimə gəldi. Təbii ki, əliboş deyildi. Əlində qoyun ətiylə gəlmişdi, manqalda kabab bişirmək istəyirdi. Təbii ki, Mayamidə balkonda manqal qadağandır. Amma o buna əhəmiyyət vermədi. Çox əyləncəli bir gün keçirdik”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm