Evi gözəlləşdirən pərdələr - Fotolar
Bizi izləyin

Tabloid.az

Evi gözəlləşdirən pərdələr - Fotolar

Evi gözəlləşdirən pərdələr - Fotolar

Evinizə pərdə alarkən nələrə diqqət etmək lazımdır?

Evin görüntüsünü tamamilə dəyişdirən pərdələr son illərdə çox maraqlı fasonlarda və rənglərdə təqdim olunur. Həm də otaqları kənardan daha təsirli göstərir. Ümumiyyətlə, pərdələr ev dekorasiyasında mühüm yer tutur.

Evin atmosferini tamamilə dəyişdirən pərdələr uzun müddət istifadə edildiyi üçün otağa uyğun olması da çox mühümdür.

Sadə döşənmiş bir evin sahibsinizsə, ya da ümumiyyətlə evinizdə sadəliyə və minimazlimə üstünlük verirsinizsə, pərdələrin həndəsi naxışlı parçalardan, ya rəngli olmasına diqqət edin. Evinizin darıxdırıcı sakitliyini pozan olan bu rənglər və naxışlar sayəsində mebellər daha cəlbedici olacaq.

Klassik döşənmiş evlər üçün ən uyğun seçim metal rəngli (bürünc, qızıl və gümüş) pərdə modelləridir.

Evinizin romantik tərzdə olmasını istəyirsinizsə, sədəf saplarla toxunmuş parçalardan tikilmiş pərdələr asın. Xüsusilə yataq otaqları üçün əvəzolunmaz olan bu tərzli pərdələr sayəsində otağınız daha sadəlövh görünəcək.

Qış mövsümlərində pərdələri dəyişdirməyi düşünürsünüzsə, mütləq məxmər parçalara üstünlük verin. Məxmər parçalar qışda otaqların soyuq aurasını sanki istiləşdirir.

Səhər gec oyanmağı sevirsinizsə, yataq otaqlarında tünd rəng pərdələr asın.

Uşaq otağı üçün anti allergik parçalardan tikilən pərdələr alın.

Pərdə seçərkən diqqət edin!

Müxtəlif naxışlar gözləri yora bilər. Bu baxımdan fonun və tül pərdənin uyğunluğu olduqca böyük əhəmiyyət kəsb edir. Pərdə alan zaman tavan ilə döşəmə arasındakı uzunluğu da yaxşı hesablayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm