Bahar aylarında bu saç stili dəbə minəcək - Fotolar
Bizi izləyin

Tabloid.az

Bahar aylarında bu saç stili dəbə minəcək - Fotolar

Bahar aylarında bu saç stili dəbə minəcək - Fotolar

Qışın son günlərini yaşayır və baharı qarşılamağa hazırlaşırıq. Bu mövsüm dəyişikliyi təbiətdə hiss olunduğu kimi geyimdə, makiyajda, hətta saç düzümlərində də hiss olunacaq. Tabloid.az bu icmalda yaz mövsümündə dəbə minən saç düzümləri haqqında bəhs edir.

Yeniləşmək, yenilənmək əslində hər zaman lazımdır. Amma bu il dəyişikliklər tamamilə fərqlidir. Yeni mövsümdə dəyişiklər ən çox saçlarla bağlıdır.

Qadınlar saçlarında dəyişiklik etməyi xoşlayırlar. Rəngində, ya da kəsimində az da olsa, dəyişiklik edirlər. Bəs, görəsən, bahar aylarında hansı saç modelləri dəbə minəcək?

Baharın saç dəbi 3 kateqoriyaya bölünür:

1. Qısa, yəni, oğlan saçı deyilən “Pixie” saçlar.

2. Orta uzunluqda saçlar - asimmetrik bob kəsimi.

3. Daha uzun saçlar – bohem tərzi kimi dağınıq stil.

Son zamanlarda tanınmışlar arasında ən çox üstünlük verilən saç düzümü oğlan saç stilidir.

Yeni “Pixie” saç modelini məhz belə xarakterizə edə bilərik: Yan tərəflər maşınla vurulur, ən qısa hala gətirilir, yuxarılar və qabaq hissə uzun qalır. Uzun qalmış hissə sizə istədiyiniz dəcəl qız obrazı verir. Yaxud, eynilə Skarlet Yohanson kimi, arxaya darayaraq saçlarınızı klassik stilə sala bilərsiniz.

Uzun saçlarla vidalaşıb, onları qısa kəsdirmək əslində böyük cəsarət tələb edir. Cəsarətdən əlavə hər üz quruluşuna yaraşmır. Yaz aylarında inanılmaz dərəcədə dəyişmək istəyən xanımlar indidən salona yazıla bilərlər.

2015 kısa saç modelleri_mini

Bob saç kəsimi uzun müddətdir ki, dəbdə idi. Saçınızı uzun göstərmək üçün süni saç taxmısınızsa, dərhal çıxarın. Çünki bu il də bob kəsimi çox aktual olacaq. Yaz aylarında asimmetrik modellər populyar olacaq. Saçları yanmış və korlanmış xanımlara bu saç düzümü tövsiyə olunur.

2015 bob kesim saç modelleri_mini

Dəb və trendlər arxasınca qaçmayan, uzun saçlarını heç nəyə qurban verməyən xanımlar kədərlənməsin. Çünki uzun saçlar bütün dövrlərdə dəbdədir. Lakin bahar aylarında dağınıq və az dalğalı uzun saçlar daha çox dəbdə olacaq. Bunun səbəbi isə bohem stilinin təsiridir. Brendlərin çoxu bohem stilində geyimlər təklif etdiyi üçün, saçlarda da təbiilik ön planda olacaq. Bu mövsüm uzun və dümdüz saçlar yerinə, təbii halında, hətta sanki dağınıq olan saçlar populyardır. Dağınıq saçların dəbdə olması əlverişlidir. Ən azından vaxtınıza qənaət etmiş olarsınız.

ilkbahar saçları_mini

Oxumağa davam et
Reklam
Reklam

Gündəm