Nigar Camaldan Xocalı ilə bağlı möhtəşəm ifa – Video
Bizi izləyin

Tabloid.az

Nigar Camaldan Xocalı ilə bağlı möhtəşəm ifa – Video

Nigar Camaldan Xocalı ilə bağlı möhtəşəm ifa – Video

Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyinin (AzeDer) təşkilatçılığı ilə dünyada və Türkiyədə ilk dəfə olaraq Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində “3D Mapping” və “Projection Mapping” texnologiyaları ilə video-çarx hazırlanıb.

Publika.az-ın məlumatına görə, “Talesiz arzular” (Broken Dreams) adlanan video-çarxda mahnını 2011-ci ildə keçirilən “Eurovision” beynəlxalq mahnı yarışmasında birinciliyi qazanan Nigar Camal ingilis dilində ifa edir.

Sözügedən video-çarx 4 xarici ölkədən olan 300 nəfərlik heyət tərəfindən hazırlanıb.

Qeyd edək ki, “Talesiz arzular” adlanan video-çarx Ankarada Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyinin (AzeDer) təşkilatçılığı ilə keçirilən tədbirdə ilk dəfə nümayiş olunub.

Publika.az “Talesiz arzular” adlanan mahnının sözlərini və videosunu eksklüziv olaraq təqdim edir:

“Talesiz arzular”

Mənim tək Vətənim, haradasan indi?

Hara gedim? Mənim evim indi dağılıb.

Heç dayanmadan dualar edəcəm,

Günəşin doğmasını gözləyəcəm.

Bütün acılar və ağrılar heç nəyi ifadə etməz,

Ağrı-acıları unutsaq belə, yada düşər, vida etməz.

Nəsillər geri dönər, yağış bitər, su qalar,

Qaçmağa isə yer qalmaz!

Talesiz arzuların arxasınca gedən zaman.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm