Niki Minajın meneceri öldürüldü
Bizi izləyin

Tabloid.az

Niki Minajın meneceri öldürüldü

Amerikalı müğənni Niki Minajın konsertinin adminstratoru öldürülüb.

Amerikalı müğənni Niki Minajın konsertinin adminstratoru öldürülüb. Polis artıq şübhəli bilinən şəxsi saxlayıb.

29 yaşlı Devon Pikett Filadelfiyada göl ətrafında öldürülüb. Müğənninin komandasından daha bir şəxs döyülərək kritik halda xəstəxanaya yerləşdirilib. Əraziyə nəzarət edən polis artıq müğənninin menecerinin ölümündə şübhəli bilinən Pirs Boykini saxlayıb.

Niki Minaj özü də ölüm xəbərinə sosial şəbəkədə münasibət bildirib:

“Allah rəhmət etsin! Bu 2 oğlan 2 gün əvvəl mənim məşqlərim üçün Filadelfiyaya gəlmişdilər. Onlar bizim ailə üzvlərimiz idi. Döyülən Erikin səhhəti yaxşılaşır. Axmaq qəddarlığın ucbatından dahi bir şəxs dünyasını dəyişdi. Bu mənə təsir edib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm