Rihanna animasiya filmində - Videolar
Bizi izləyin

Tabloid.az

Rihanna animasiya filmində - Videolar

2012-ci ildə “Battleship” ilə ilk aktrisalıq təcrübəsini yaşayan ulduz bu dəfə izləyicilərini animasiya filmi ilə sevindirməyə hazırlaşır

Dünya şöhrətli müğənni Rihanna artıq film sektorunda da fəaliyyətini gücləndirməyə qərar verib. 2012-ci ildə “Battleship” ilə ilk aktrisalıq təcrübəsini yaşayan ulduz bu dəfə izləyicilərini animasiya filmi ilə sevindirməyə hazırlaşır. Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, Riri “Home” adlı animasiya filmində Tep obrazını səsləndirəcək. Obraz Rihannanın bənzəri olaraq hazırlanıb.

Ulduz yeni filmi üçün “Dancing In The Dark”, “ Towards The Sun”, “As Real As You and Me” və “Drop That” adlı 4 mahnı hazırlayıb.

Qeyd edək ki, animasiya filmindəki digər obrazları Cennifer Lopez, Cim Parsons və Stiv Martin səsləndirəcək.

Filmin treyleri də artıq təqdim olunub.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm