İtalyan aktrisa prezidentlə şam etdi, 6 ay həbs cəzası aldı - Fotolar
Bizi izləyin

Tabloid.az

İtalyan aktrisa prezidentlə şam etdi, 6 ay həbs cəzası aldı - Fotolar

İtalyan aktrisası Ornella Muti 8 ay həbs cəzasına məhkum edilib.

İtalyan aktrisası Ornella Muti 8 ay həbs cəzasına məhkum edilib və 600 avro məbləğində cərimə edilib. Buna səbəb aktrisanın Podenona şəhərinin Verdi teatrındakı tamaşaya getmək əvəzinə o zaman Rusiyanın baş naziri olan Vladimir Putinin təşkil etdiyi xeyriyyə tədbirində iştirak etməsi olub.

Mutini məhkəməyə teatrın idarə heyəti verib. Onların sözlərinə görə, Ornella 2010-cu il, dekabrın 10-da tamaşada oynamamaq üçün sağlamlıq haqqında saxta arayış təqdim edib. Teatr isə Mutiyə roluna görə qabaqcadan 25 min avro ödəyib.

Amma daha sonra aktrisanın xəstə olmadığı və birlikdə Sankt-Peterburqdakı bir xeyriyyə tədbirində iştirak etdiyi üzə çıxıb. Məhkəməyə sübut olaraq videogörüntülər də təqdim edilib. Qeyd edək ki, tədbirdə eyni zamanda Jerar Depardye, Mikki Ruruk, Monika Beluççi, Şeron Stoun kimi məşhuirlar da iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm