5 dəqiqəyə hazırlanan ləziz pizza - Resept
Bizi izləyin

Tabloid.az

5 dəqiqəyə hazırlanan ləziz pizza - Resept

Tabloid.az 5 dəqiqəyə hazırlanan pizzanın reseptini təqdim edir:

Tabloid.az 5 dəqiqəyə hazırlanan pizzanın reseptini təqdim edir:

İnqrediyentlər:

2 yumurta

4 xörək qaşığı mayonez

4 xörək qaşığı xama

9 xörək qaşığı un (təpəcik olmadan)

Pendir

Kolbasa

Göbələk

Pomidor

Hazırlanma qaydası:

Yumurtanı, unu, xamanı, mayonezi qarışdırın. Duru xəmir alınmalıdır.

Xəmiri tavaya tökün, üzərinə yuxarıda sadalanan ərzaqları doğranmış şəkildə düzün. Zövqə görə ərzaqları dəyişmək mümkündür.

Üzərinə mayonez, qalın qat sürtgəcdən keçirilmiş pendir səpin.

Tavanı qaz pilətəsinin üzərinə qoyun, 10 dəqiqə zəif odda bişirin. Tavanı qapağını kip bağlayıb, pendir əridyəndə pizza hazırdır.

Aşağıdakı fotolarda hazırlanma prosesinə nəzər sala bilərsiniz.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm