Xocalı soyqırımının ildönümü ilə əlaqədar pulsuz filmlər nümayiş olunacaq
Bizi izləyin

Tabloid.az

Xocalı soyqırımının ildönümü ilə əlaqədar pulsuz filmlər nümayiş olunacaq

Xocalı soyqırımının ildönümü ilə əlaqədar pulsuz filmlər nümayiş olunacaq

Xocalı soyqırımının 23-cü ildönümü əlaqədar bir çox sənət ocaqları repertuarlarında dəyişiklik edib.

Bununla əlaqədar olaraq Nizami Kino Mərkəzində soyqırımın ildönümü ilə əlaqədar pulsuz filmlər nümayiş olunacaq. Mərkəzin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova qəzetimizə açıqlamasında bildirib ki, bu gün mərkəz repertuarında bəzi dəyişikliklər edəcək: “Belə ki, sabah nümayiş olunan filmlərin yayımı dayandırılacaq. Əvəzində Azərbaycanın Milli qəhrəmanları Fazil Mirzəyev, Şirin Mirzəyev və Asif Məhərrəmov haqqında çəkilmiş sənədli filmlər, həmçinin Elvin Abdullayevin Xocalı faciəsinə həsr olunmuş “Məriz” qısametrajlı filmi, Aqil Abbasın “Dolu” və Vahid Mustafayevin “Xoca” bədii filmləri nümayiş olunacaq. Bu aksiya Nizami Kino Mərkəzinin Xocalı faciəsində günahsız həlak olan soydaşlarımıza hüzn və ehtiramıdır”. Qeyd edək ki, seanslara giriş pulsuzdur.

Qarabağ müharibəsindən bəhs edən “Nabat” filmi dünəndən kinoteatrlarda nümayiş olunmağa başlayıb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından verilən məlumatda belə deyilir. Qeyd edək ki, ekran əsərinin baş qəhrəmanı Nabat xala Qarabağın müharibə zolağında olan dağ kəndlərindən birində yaşayır. Kəndin olan-qalan sakinləri növbəti güclü atəş yağışından sonra tamamilə evlərini tərk edirlər. Nabat xala isə xəstə həyat yoldaşını və oğlunun məzarını qoyub heç yana getmir. Hər axşam bu qəhrəman qadın kəndin məscidində və bütün evlərdə neft lampaları yandırır. Hər gecə yanan lampaların işığını görən ermənilər uzun müddət kəndə girməyə qorxurlar.

Müğənni və gitara ifaçısı Çingiz Mustafayev bu gün rejissoru olduğu “Qiyam” filmini təqdim edəcək. Film “Park Bulvar” ticarət mərkəzinin kinoteatrında baş tutacaq. Filmi izləmək pulsuz və biletsizdir. İstənilən hər kəs saat 17:00-da nümayiş olunacaq “Qiyam” filmini izləyə bilər.

Müğənni özü də tamaşaçılarla birlikdə filmi izləyənlər sırasında olacaq.

Xocalı faciəsinin qurbanları anılacaqlar Gənc Tamaşaçılar Teatrında da anılacaq. Bu gün saat 16.00-da teatrda Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçiriləcək. Bakı şəhəri 46 saylı Məktəbdənkənar tərbiyə işi Mərkəzi ilə birgə baş tutacaq tədbirdə mərkəzin rəsm dərnəyinin şagirdlərinin Xocalı faciəsinə həsr olunmuş əl işlərindən ibarət sərgi nümayiş etdiriləcək. Daha sonra teatrın kiçik səhnəsində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasının istehsal etdiyi rejissor Şamil Nəcəfzadənin “Müharibə uşaqları” sənədli filminin ilk premyerası nümayiş etdiriləcək. Film Azərbaycanın torpaqları uğrunda şəhid olan qəhrəmanların xatirəsinə həsr olunub.

Akademik Milli Dram Teatrında da Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş tədbir keçiriləcək. Tədbir çərçivəsində bu gün saat 19.00-da H.Mirələmovun eyniadlı pyesi əsasında hazırlanmış “Xəcalət” tamaşası nümayiş olunacaq. 2002-ci ildə “Xocalı” faciəsinin 10-cu ildönümü münasibətilə qələmə alınan pyes 2006-cı ildə Akademik Milli Dram Teatrında rejissor Bəhram Osmanov tərəfindən tamaşaya hazırlanıb. Tamaşada Respublikanın xalq Artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, Əməkdar Artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov, Xədicə Novruzlu çıxış edirlər.

Teatrdan bildirilib ki, xalqımızın taleyüklü məsələlərinin beynəlxalq aləmə, çatdırılması istiqamətində atılan mühüm addım kimi dəyərləndirilən “Xəcalət” tamaşasında Qarabağla bağlı Azərbaycan həqiqətləri, erməni qəsbkarlarının əzəli yurd yerlərimizi işğal etməsi, soydaşlarımızı qırğınlara məruz qoyması bədii obrazlar vasitəsilə, yüksək bədii-estetik keyfiyyətlə canlandırılıb. Bunun nəticəsidir ki, uzun müddət repertuarda qalan “Xəcalət” tamaşası həm teatr ictimaiyyəti, həm də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır və səhnə həyatını uğurla davam

teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm