Mehmet Günsur: "Cəlladlar gələnə qədər ümidli idim"
Bizi izləyin

Tabloid.az

Mehmet Günsur: "Cəlladlar gələnə qədər ümidli idim"

Türkiyədə ən çox izlənilən "Muhteşem Yüzyıl" serialı gündəmdən düşmək bilmir. Ötən gün sosial şəbəkədə və mətbuatda böyük müzakirə obyektinə çevrilən Şahzadə Mustafanın edam səhnəsi izlənmə rekordları qırıb. Həmin obrazı canlandıran məşhur türk aktyoru Mehmet Günsür edam səhnəsində yaşadığı hissləri bölüşüb.

Publika.Az "Vatan" qəzetinə istinadən həmin müsahibəni təqdim edir.

- Sizi ilk dəfə bu filmdə gördükdə "Mehmet Günsür bu obraz üçün çox incədir",-deyə düşündüm.

-Əlbəttə, o təbii hissdir. Çünki mən bu obrazı canlandırmağa başlayanda şahzadə hələ 17 yaşında idi. İndi isə 38 yaşındadır. Canlandırdığım obraz vaxt keçdikcə böyüməli idi. İlk başdakı uşaqlığım zaman keçdikcə yox oldu. Hamı kimi Şahzadə Mustafa da böyüdü.

- Bütün bunlara baxmayaraq, mən sizin bu sərt obraza necə adaptasiya olacağınızı düşünürdüm.

İncə, nəzakətli bir insan ola bilərəm, amma buna baxmayaraq ki, mən Türkiyədə doğulub böyümüşəm. Mən də türk kişisiyəm. Ancaq şablon türk kişisinin imicinə adaptasiya olduğumu düşünmürəm. Bir də ki, mən o xarakterə maço (sərt) deməzdim. Çünki biz o dövrü başa düşə bilmərik. Saray həyatını, mədəniyyətini dərk etmək asan deyil. O dövrdə hər kəsdə saray zərifliyi var idi. Ona görə mən maço deyə bilmərəm. Bu qaranlıq dünyada həyatda qalmaq mübarizəsi var, amma bu mübarizənin də özünəməxsus zərifliyi var. Əlbəttə ki, bizim başa düşdüyümüz zərifliyi nəzərdə tutmuram. Nə qədər vəhşi olursa- olsun, saray həyatı zərifliklə var olmuşdur.

- Üç uşaq atasısan. Bir atanın oğlunu öldürməsini dərk edə bildinmi?

-Bu, çox ifrat bir olaydır. Ancaq dünyadakı bir çox sistemdə ata qatili olmasa da, qardaş qatili var. Bir kral ölür və oğlanları bir-biri ilə müharibə edir. Bizdə də Fatih Sultan Mehmet yazdığı bir fərmanla bunu leqallaşdırmışdır. Çünki, sadəcə, Osmanlıda deyil, bütün sistemlərdə əsas olan taxt, daha sonra isə dövləti qorumaqdır. Bax buna görə ailə anlayışı ikinci plana keçir. Mən o dövrü həmin dövrün düşüncəsi ilə başa düşmək məcburiyyətindəyəm.

"Cəlladları görəndə ümidim tükəndi"

- Ölüm səhnəsində çətinlik çəkdinmi?

-Əlbəttə, çox çətin idi. Hər şeydən əvvəl həqiqətən tarixdə olmuş obrazı canlandırmağın çətinliyi insanı sıxır. Gərək hər addımınızı incə-incə düşünəsiniz. Çox ağır işdir. Ümumiyyətlə, hadisənin özü, həmin dövr, saray ağırdır. Yəni kef çəkilən bir həyat deyil. Bizim işimizin bir parçası da həmin rolu canlandırarkən qaranlıqdan qurtulmağı öyrənməkdir. Çox sarsıdıcı səhnə idi.

-Yatarkən kabuslar görürsən?

-Xeyr, rolumun məni ələ keçirməyinə icazə vermirəm.

- Ölüm hissləri səndə hansi hissləri oyadır?

-Mən bu layihəyə başladığım gündən bu səhnəyə hazırlaşırdım. Duyğularım çox qarışıq idi. Bir övladın atası tərəfindən öldürülməsi hər iki tərəf üçün çox ağır idi. Mənim üçün bu olayın iki tərəfi var idi: Cəlladları görmədən öncəsi və sonrası. Əvvəlcə bir az da olsa, ümidim var idi. İçimdə ata-övlad sevgisinə və bu sevginin müqəddəsliyinə inanmağın ümidi var idi. Bu, o qədər böyük bir ümid idi ki, əksini deyən hər bir işarənin tələ olduğuna inanırdım. Ancaq cəlladları gördükdən sonra yaşana biləcək ən ağır xəyal qırıqlığına düşdüm.

"Ölüm səhnəsində qabırğam zədələndi"

- Ölüm səhnəsi neçə gündə çəkildi?

-3 gündə. Çadıra gəliş, çadır və çadırdan çıxış.

- Bu səhnədə başına hansısa xoşagəlməz hadisə gəldimi?

-Döyüş səhnələrində mütləq xırda da olsa, nə isə baş verir. Bir az qabırğam zədələndi. Yavaş-yavaş yaxşılaşıram.

- Həmin səhnəni çəkmək üçün çox təkrarladınız?

-Çadırdakı səhnə səhər saat 08:30-dan gecə 01:30-a qədər davam etdi. Çox çətin idi. Bütün heyət təsəvvür edə bilməyəcəyiniz qədər çox işlədi.

- Şahzadə Mustafa ilə necə empatiya qurdun?

-Ö dövrü, sarayı başa düşmək çox çətindir. Amma mən dayanmadan öz üzərimdə işlədim.

- Sən də atasan və bir atanın övladını öldürməsi sadəcə, "Dövlətin gələcəyi üçün" başa düşüləndirmi?

-Xeyr, başa düşmək mümkün deyil.

- Qəbirstanlıqda ağlayanlar, Türbəni ziyarət edənlər, Qanuni haqqında polisə şikayət ərizəsi verənlər... İnsanların bu səhnəyə bu qədər çox maraq göstərməsini gözləyirdin? Bütün bunların qarşısında nə hiss etdin?

-Bizim ölkədə Çakır (Kurtlar Vadisi) üçün cənazə namazı. Əlbəttə ki, gözləyirdik. Hər kəs bu səhnəni gözləyirdi. Bu cür reaksiyaların olmağı normaldır.

- Bursadakı Şahzadə Mustafanın türbəsini ziyarət etmək istəyirsənmi?

-Bəli, ən qısa vaxta gedəcəyəm.

- Bir müddətdir ki, İtaliyadan köçərək Türkiyədə yaşayırsınız. Buna səbəb övladlarınızın təhsilidir?

-Əslində bir çox səbəbi var, amma təhsil əsas səbəb deyil. Çünki İtaliyanın təhsil sistemi Türkiyədən daha yaxşıdır. Ailəmə yaxın bir yerdə yaşayıram və anam nəvələri ilə daha çox vaxt keçirir.

-Belə demək olar ki, "Muhteşem Yüzyıl" sizi ailəliklə Türkiyəyə gətirib?

-Bəli, bu serial həyatımın ən uzun layihəsi oldu. Ancaq yaxında yenə İtaliyaya köçəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm