Sankt-Peterburqda “Arşın mal alan” operettası nümayiş etdirilib
Bizi izləyin

Tabloid.az

Sankt-Peterburqda “Arşın mal alan” operettası nümayiş etdirilib

Sankt-Peterburqda “Arşın mal alan” operettası nümayiş etdirilib

Sankt-Peterburqun “Kolizey Arena” konsert zalında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş etdirilib.

Moskvada fəaliyyət göstərən “Dərviş” Azərbaycan teatrı kollektivinin operettanın 100 illik yubileyi münasibətilə səhnələşdirdiyi əsər böyük maraqla qarşılanıb.

“Sankt-Peterburqun Azərbaycan diasporu” regional ictimai təşkilatının rəhbəri Sabir Məsimov, “Dərviş” teatrının baş rejissoru, Azərbaycanın Əməkdar Artisti Mərdan Feyzullayev tamaşadan əvvəl çıxış etmişlər.

Bildirilib ki, Üzeyir Hacıbəyli “Arşın mal alan” operettasını 1913-cü ildə məhz Rusiyanın şimal paytaxtında tamamlayıb.

Təsadüfi deyil ki, UNESCO-nun Baş Konfransının qərarı ilə dünya teatr ictimaiyyəti Azərbaycan mədəniyyətinin incisi sayılan bu əsərin 100 illik yubileyini böyük təntənə ilə qeyd etmişdir.

baku-art.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm