Türk müğənni Bakıdakı evində konsert verdi-FOTOLAR
Bizi izləyin

Tabloid.az

Türk müğənni Bakıdakı evində konsert verdi-FOTOLAR

Hazırda Azərbaycanda fəaliyət göstərən Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün evində konsert verib.

Publika.az-ın məlumatına görə, ifaçı ətrafındakı dostlarını bir araya yığaraq onlara musiqi ziyafəti təşkil edib:

"Evdə konsert vermək bir çox Avropa ölkələrində adət halına gəlib. Mən Azərbaycana gələndən sonra bir neçə dəfə evdə konsert təşkil etmişəm. Dəyərli insanları bir araya gətirib evdə onlar üçün konsert verməyin başqa bir gözəliyi var”-deyə Oya Ergün qeyd edib.

Qeyd edək ki, Oya Ergünün birinci ev konsertində onu pianinoda Aydan Abbasova müşayət edib. Eyni zamanda Ergün özü də gələn qonaqlar üçün alto, soprano barok flüt və skripka da ifa sərgiləyib.

Onu da deyək ki, Oya xanımı ev konserti onun doğum günündə baş tutub.

Məlumat üçün bildirək ki, Oya Ergün Belçika, Hollandiya, Almaniya, Fransa, İtaliya kimi Avropa ölkələrində konsertlər verib, operalarda uğurlar qazanıb. O cümlədən, bir çox mükafata sahib olub. Musiqi ilə bərabər qadın haqlarını müdafiə etmək üçün layihə həyata keçirib. Ailəsinə gəldikdə isə atası prokuror, anası isə incəsənət müəlliməsi olub. Özü də musiqi dərsləri verir, ömrünün bir çox ilini Hollandiyada yaşayıb. Həyat yoldaşı Azərbaycanda iş təklifi aldıqdan sonra buraya gəlib. Oya xanım Azərbaycanı çox sevdiyini deyir. Oya Ergün artıq 2-ilə yaxındır, ki, Bakıda yaşayır. O, bu müddət ərzində Azərbaycanın bir çox tanınmış konsert salonlarda konsert verib. Eyni zamanda, Oya Ergünün ölkəmizdə Azərbaycan və Türkiyə mahnılarında ibarət “Ruhum”adlı albomuda işiq üzü görüb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm