Əliş Ləmbəranskinin yubileyi keçiriləcək
Bizi izləyin

Tabloid.az

Əliş Ləmbəranskinin yubileyi keçiriləcək

Əliş Ləmbəranskinin yubileyi keçiriləcək

Prezident İlham Əliyev Əliş Ləmbəranskinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Energetika Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə tanınmış dövlət xadimi Əliş Ləmbəranskinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.

Qeyd edək ki, Bakıdakı bir çox mühüm tikinti obyektlərinin ucaldılmasında onun böyük əməyi olmuşdur.

«Bağırov körpüsü», «Dövlət sirki», «Respublika» sarayı, Qaqarin körpüsü, Məişət Kondisionerləri zavodu, Opera və Balet Teatrının bərpası, Yeni Bakı Neftayırma zavodu, Musiqili Komediya Teatrı və s. sənaye və mədəniyyət ocaqları onun rəhbərliyi ilə tikilmişdir.

Əliş Ləmbəranski bir çox orden və medallarla təltif edilmişdir.

SSRİ dövlət mükafatı laureatı, Azərbaycanın əməkdar mühəndisidir.

O, 1999-cu ildə Bakıda vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm