Niyazinin mənzil-muzeyində fortepiano musiqisi axşamı keçirilib
Bizi izləyin

Tabloid.az

Niyazinin mənzil-muzeyində fortepiano musiqisi axşamı keçirilib

Niyazinin mənzil-muzeyində fortepiano musiqisi axşamı keçirilib

Martın 5-də Niyazinin mənzil-muzeyində fortepiano musiqisi axşamı keçirilib.

Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov fortepiano musiqisi axşamının Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin klassik musiqi həvəskarları klubunun dəstəyi ilə təşkil olunduğunu bildirib.

Konsertdə gənc pianoçu, respublika və beynəlxalq müsabiqələr laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu Seyidxanım Babayeva çıxış edib.

S.Babayeva fortepianoda Qərb bəstəkarlarından L.V.Bethovenin “Apposionata”, F.Şopenin ”4 nömrəli ballada”, F.Listin “Vəhşi ov” və rus bəstəkarı P.Çaykovskinin “Xəyal” və s. əsərlərini ifa edib.

Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

baku-art.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm