Tabloid.az
Bakıda “İthaf. Şərq və Qərb arasında” mövzusunda sərgi açılıb
Martın 6-da Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan
Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə Əməkdar Rəssam Əşrəf
Heybətin “İthaf. Şərq və Qərb arasında” mövzusunda ilk fərdi
yaradıcılıq sərgisi açılmışdır.
Tədbirdə Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev
rəssamın Səttar Bəhlulzadənin, Böyükağa Mirzəzadənin tələbəsi
olduğunu demişdir.
Bildirmişdir ki, Fransa, İspaniya, İtaliya, İsrail, Hindistan,
Misir, Türkiyə və digər ölkələrdə fərdi sərgiləri keçirilən
rəssamın əsərləri böyük maraqla qarşılanır.
Diqqətə çatdırılmışdır ki, Əşrəf Heybət portret, mənzərə,
natürmort janrlarında işlədiyi əsərlərlə bərabər, irihəcmli
monumental əsərlərin də müəllifidir.
Ə. Vəliyev qeyd etmişdir ki, bu günkü sərgidə rəssamın 95 əsəri
nümayiş olunur.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli
İbrahimov, Milli Məclisin deputatları Rafael Hüseynov, Asim
Mollazadə və digər çıxış edənlər də Əşrəf Heybəti Azərbaycan
tarixinə, mədəniyyətinə bağlı sənətkar kimi
səciyyələndirmişlər.
Qeyd olunmuşdur ki, rəssamın əsərlərinin əsas mövzusu
Azərbaycan, o cümlədən Bakı, Abşeron mənzərələridir.
Rəssamın Qərb ifadə tərzini Azərbaycan rəssamlıq məktəbi ilə
birləşdirdiyi qeyd edilərək vurğulanmışdır ki, o, əsərlərində
Şərqlə Qərbin üzvü vəhdətini yaratmışdır.
Diqqətə çatdırılmışdır ki, əsərlərində rənglərin vəhdətini əks etdirən fırça ustası Azərbaycan rəssamlıq məktəbinin nailiyyətlərini dünyaya çatdırır.
Mərasimdə görkəmli rəssama elm, mədəniyyət, incəsənət sahəsində,
ictimai həyatda xidmətlərinə görə “Zirvə” ziyalılar təşkilatının və
Azərbaycan Demokratik İslahatlar Partiyası diplomları təqdim
edilib.
Əşrəf Heybət sərginin təşkilinə görə minnətdarlığını
bildirmişdir.
Sərgi martın 14-dək davam edəcəkdir.
Əşrəf Heybət Rusiya Federasiyası Rəssamlıq Akademiyasının və
UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Beynəlxalq
“Sülh elçisi” mükafatı laureatı, Almaniyada “Bakı” Mədəniyyət
Cəmiyyətinin sədridir.
Əsərləri dünyanın 20-dən artıq ölkəsində nümayiş olunub.
O, Almaniyada yaşayıb-yaratsa da əsərlərində mənsub olduğu
xalqa, doğma Vətəninə, onun tarixinə, adət-ənənəsinə bağlılıq daim
özünü göstərir.
baku-art.az
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı