Xanəndə Texasda oxuyacaq
Bizi izləyin

Tabloid.az

Xanəndə Texasda oxuyacaq

Xanəndə Qocaq Əsgərov Texasda keçiriləcək “Amerika Cənub-Qərb Dünya Musiqisi Festivalı”ında Azərbaycanı təmsil edəcək. Publika.az-ın məlumatına görə Mədəniyyət və Turizm Nazirliyi musiqiçi heyətinin dünya miqyaslı festivalda iştirakına dəstək göstərib. Qocaq Əsgərov martın 10-da yola düşəcəklərini bildirib.

Xatırladaq ki, festival təşkilatçıları azərbaycanlı xanəndənin külliyatı ilə tanışlıqdan sonra onu iştirakçılar arasında görmək istədiklərinin rəsmi şəkildə bildirib. Musiqiçilərimiz martın 12-də geniş konsert proqramı ilə çıxış edəcək. Daha bir konsert isə növbəti günlərə planlaşdırılıb. Təmsilçilər arasında iki konsert azərbaycanlıların payına düşüb.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm