Texnoloji
Yeni KES-in işə salınmasının tarixi müəyyənləşib
Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) "Yeni Yaşma" külək elektrik stansiyasının bu il avqustun əvvəlində tam gücü ilə işə salınmasını planlaşdırır. Bunu Trend-ə ABEMDA-nın sədr müavini Cəmil Məlikov deyib.
Onun sözlərinə əsasən, hazırda elektrik stansiyasının 20 turbinindən 14-ü test sınaqlarından keçib və ümumi enerji sisteminə qoşulub: "Turbinlərin sınaqdan keçirilməsi prosesi və bizə təhvil verilməsi ilə almaniyalı mütəxəssislər məşğul olur. Ayın sonuna bütün 20 turbin istifadəyə hazır olacaq və sistemə qoşulacaq. Bununla da avqustun əvvəlində stansiya tam gücü ilə işləməyə hazır olacaq".
Qeyd edək ki, istehsal gücü 50 meqavat olan "Yeni Yaşma" külək elektrik stansiyası Xızı rayonunda yerləşir.
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar






































