Texnoloji
Azərbaycana gətirilən mobil telefonların qeydiyyat müddəti azaldılıb
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəyə gətirilən mobil telefonların IMEI-kodlarının qeydiyyat müddətini 60 gündən 30 günə kimi azaldıb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, əvvəl qeydiyyat müddətinin uzadılması ilə bağlı qərarın qəbul edilməsinə səbəb Avropa Oyunları ilə əlaqədar mobil telefondan istifadə zamanı istifadəçiləri problemsiz rabitə ilə təmin etmək olub.
Hazırda respublika ərazisinə gətirilən mobil qurğuları 30 gün ərzində qeydiyyatdan keçirmək lazımdır. Bu qayda Azərbaycana gələn, mobil telefonların rouminq xidmətindən istifadə edən turist və qonaqlara tətbiq edilmir.
Qeyd edək ki, şəxsi istifadə üçün gətirilən mobil qurğunun IMEI-kodunun qeydiyyatının qiyməti 5 manat, kommersiya satışı üçün isə 0,2 manatdır.
Bundan başqa, mobil qurğunu "Elektron hökumət" (e-gov.az) portalı və imei.az saytının köməyi ilə qeydiyyatdan keçirmək mümkündür. Qeydiyyat 24 saat ərzində həyata keçirilir.
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi





































