Texnoloji
Çində saxta "iPhone" istehsal edən fabrik aşkarlanıb
Çində saxta "iPhone" smartfonları istehsal edən gizli fabrikin işilə bağlı 9 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Publika.az-ın məlumatına görə, fabrikdə 40 min ədəddən çox saxta "iPhone" smartfonu istehsal olunub.
Gizli istehsalatda yüzlərlə əməkdaşın işlədiyi xəbər verilir.
Fabrikdə yeni smartfonlar istifadə olunmuş ehtiyat hissələrindən hazırlanırmış.
Fabrikin iPhone ixracının ümumi həcmi 120 milyon yuan (19 milyon dollar) təşkil edib.
Saxta smartfonların istehsalına yanvar ayında start verilibmiş.
Rəsmilərin sözlərinə görə, gizli fabriki ər-arvad işlədib, istehsal sahəsi isə paytaxt Pekinin şimalında yerləşib.
Çin polisinə saxta smartfonlar barədə məlumat ABŞ rəsmilərindən verilib. Bir neçə saxta smartfon ABŞ-da da ələ keçirilib.
Qeyd edək ki, Pekin və Vaşinqton iki ölkə arasında dövr edən saxta məhsulun həcmini azaltmaq məqsədilə əməkdaşlıq etmək qərarına gəliblər.
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi





































