Texnoloji
Azərbaycan antivirus mühafizə sistemi yaradıb
Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) internet istifadəçiləri üçün "Malware Report" viruslarından mühafizə sisteminin baza versiyasını hazırlayıb.
Bu barədə Trend-ə CERT-dən bildirilib.
Sistemin birinci versiyası yaxın bir həftə ərzində istifadəyə veriləcək. "Malware Report"-u cert.gov.az internet resursundan ödənişsiz yükləmək mümkün olacaq.
Məlumatda bildirilir ki, məhsulun birinci versiyası orta səviyyəli istifadəçilər üçün nəzərdə tutulub. Proqram istifadəçilərə müstəqil şəkildə zərərli və şübhəli faylları analiz etməyə imkan yaradacaq. Növbəti versiyada zərərli və şübhəli faylların bilavasitə CERT (Malware Lab) laboratoriyasına göndərilmə özəlliyi də yer alacaq. Həmin laboratoriyada onlar analiz olunacaq. Bundan sonra istifadəçiyə müvafiq cavab təqdim ediləcək.
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi





































