Texnoloji
Bakıda 40 minlik telefon nömrəsi (SİYAHI)
Artıq heç bir hərəkətləri ilə təəccüb yaratmayan Birləşmiş Ərəb Əmirliklərinin şeyxləri bu dəfə 2 milyon dollara mobil telefon nömrəsi almaqla dünyanı yenidən heyrətləndirdilər.
Yəni dünyanın əksər ölkələrində olduğu kimi, barmaq boyda nömrəyə gözüyumulu bir ev qiymətinə pul sayan zəngin azərbaycanlılar da az deyil. ANS PRESS modern.az-a istinadla bahalı nömrələri təqdim edir.
Heç kimə sirr deyil ki, bir çox siyasətçi, deputat və iş
adamlarının telefon nömrələri 211-lə başlayır. 211-lə başlayan
nömrələrin ən ucuz qiyməti 5000 manatdan başlayır.
Yəni belə nömrələrin “qızıl nömrə” sırasına aid olduğunu deyilir. Məsələn, (050) 222 00 20 nömrəsinin qiyməti 4 min manatdır.
Bahalı nömrəyə imkansızlar da maraq göstərir, hətta borca girirlər.
Mobil operatorlar satışda olan bahalı nömrələrin qiymətini adi
nömrələrin qiymətindən fərqlənmir və bütün nömrələr adi nömrələrin
qiyməti ilə sənədləşdirilir. Təbii ki, burda bir məqsəd var –
vergidən yayınmaq.
“Azercell”, “Bakcell” və “Azərfon” bunu nə qədər inkar etsələr də www. nomrem. az və digər nömrə satışı ilə məşğul olan saytlara baxmaq kifayətdir ki, tamam başqa mənzərə ilə rastlaşasan. Orada mobil şirkətlərin nömrələri kifayət qədər baha satılır.
Məsələn, onlardan bir neçəsini təqdim edirik.
(050) 363-00-00 – 2200 manat,
(050) 224-66-66 – 2200 manat,
(050) 768-88-88 – 2000 manat,
(051) 755-55-55 – 3000 manat,
(050) 210-76-00 – 4000 manat,
(050) 207-07-07 – 6000 manat,
(050) 256-0000 – 5000 manat.
(050) 255-35-55 – 8000 manat
Platinium nömrələr isə daha bahadır:
(050) 210-06-00 – 12000 manat;
(050) 210-05-05 – 11000 manat,
(050) 433-33-33 – 20000 manat.
211-lə başlayan mobil nömrələr isə bir neçə min manat arasındadır.
Bu rəqəmlə başlayan nömrələri isə əsasən yüksək cinli məmurlar və
iş adamları işlədir. Onların qiyməti 10-15 min manatdan
yuxarıdır.
“Cin” nömrələr arasında da bahalı siyahısına daxil olanlar var.
(055) 666 66 66 - 30 min manat,
(055) 311-11-11 – 5000 manat,
(055) 848-48-48 – 1000 manat,
(055) 211-00-33 – 12000,
(055) 545-55-55 – 10000 manat.
“Azərfon” şirkəti isə nömrələr arasında fərq qoyulduğunu etiraf
edir. Şirkətdən bildirildi ki, “gümüş” və “qızıl” nömrələrin
qiyməti digərlərindən fərqlənir. Araşdırma zamanı “Nar” nömrələrin
qiymətlərinin digərlərindən geri qalmadığını öyrəndik:
(077) 606-66-66 – 2000 manat,
(070) 304-00-00 –1200 manat,
(070) 600-66-66 – 1000 manat,
Ekspertlər isə adi nömrəyə minlərlə manat verməyi sadəcə ağılsızlıq
sayır.
İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, belə nömrələrin satış
mexanizmi olmadığından bəziləri bundan sui-istifadə edir:
“Cəlbedici nömrələrə xərclənən pullar qeyri-rəsmi vəsait hesab
edildiyi üçün ayrı-ayrı şəxslərin cibinə gedir”.
Vergilər Nazirliyindən isə bildirdilər ki, əgər nömrələrin
satışından gələn gəlir mobil operatorların gəlirində əks olunmursa,
deməli, vergidən yayınma halı var. Amma mobil operatorlar dilerlərə
nömrələri hansı qiymətə satırsa, bu məbləğin vergisini
ödəyirlər.
(050) 211-42-07 – 5200 manat,
(050) 288-13-31 – 3000 manat,
(055) 256-55-55 – 3000 manat,
(055) 211-22-33 – 6000 manat,
Digər VİP nömrələrin qiyməti 10 000 ABŞ dollardan başlayır.
Azərbaycanda satılan ən baha 10 mobil nömrənin siyahısını təqdim
edirik.
Siyahıdan göründüyü kimi, elə nömrələr var ki, onların qiyməti 40
000 AZN təşkil edir.
(050) 222-00-22 – 9.999 manat,
(050) 211-59-55 – 10.000 manat,
(055) 700-00-07 – 12.000 manat,
(050) 211-02-08 – 12.000 manat,
(050) 232-22-22 – 12.000 manat,
(050) 210-93-49 – 17.000 manat ,
(050) 211-06-11 – 20.000 manat,
(077) 755-55-55 – 25.000 manat,
(050) 455-55-55 – 27.555 manat,
(055) 700-00-00 – 40.000 manat.
ANS PRESS
-
Dünya12:56Təcili xəbərdarlıq - Ərzaq qiymətləri yüksələ bilər
-
Region12:38Türkiyə ilə Ermənistan nümayəndələri görüşdü: Mühüm razılaşma əldə edilib
-
İdman11:00“Sportinq”in gürcüsünün ilham pərisi - FOTOLAR
-
Sosial08:37Türkiyəyə də quru yolla gedə biləcəyik: ucuz qiymətə! - Açıqlama
-
Cənubi Qafqaz08:12"Kəndlər boşaldılır, 300 min azərbaycanlı gəlir..." - Karapetyandan sensasion açıqlama
-
Sosial06:46Gənclər buna görə evlənmək istəmir...
-
Magazin206:16Leonardo ofisiantı ağlatdı: 50 min avro ilə...
-
Cənubi Qafqaz05:45Ona qarşı cinayət işi açılacaq - Paşinyan elan etdi






































