Texnoloji
Robotlar icarəyə verilir
Yaponiyanın “SoftBank” telekommunikasiya şirkəti ötən ilin oktyabrından etibarən “Pepper” adlı robot-humanoid üçün ilkin sifarişlərin qəbuluna başlayıb. Bu robot, ilk növbədə, insanlarla ünsiyyət qurmaq üçün yaradılıb. O, əyləndirməyi, tərbiyə etməyi, öyrətməyi, kömək etməyi və insanlarla söhbət etməyi bacarır.
Zaman keçdikcə robot daha “ağıllı” olur, çünki bu seriyaya məxsus bütün robotlar üçün ümumi “beyin” rolunu yerinə yetirən serverlər “bulud” sisteminə qoşulub. Ötən ay Çinin “Alibaba” və “Foxconn” kimi nəhəng şirkətləri “SoftBank”ın robot texnikası ilə məşğul olan bölməsinə 236 milyon dollar sərmayə yatırıb. Tərəfdaşlar tezliklə “Pepper” robotunu və yapon şirkətinin digər məhsullarını dünya bazarına çıxarmağı planlaşdırır.
Cari ilin iyununda məhdud sayda “Pepper” robotu 1610 dollara satışa çıxarılıb və cəmi bir dəqiqəyə tamamilə satılıb. İnsanın emosiyalarını tanımağı və çətin anlarda sahibini dəstəkləməyi bacaran robot-yoldaş konsepsiyası insanlar tərəfindən bəyənilib. Bu da yaxın gələcəkdə robotlara tələbatın artacağını göstərir.
İndi “SoftBank” telekommunikasiya şirkəti “Pepper” robotunun biznes versiyasını təqdim edir. “Pepper for Biz” adlanan robotlar müxtəlif ictimai müəssisə, mağaza, kafe, mehmanxana və klinikalarda istifadə üçün nəzərdə tutulub. Sahibkarlar ayda 440 dollar ödəməklə robotu icarəyə götürə biləcəklər.
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi





































