Texnoloji
Azərbaycan İsrailin zəngin təcrübəsindən yararlana bilər
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycanda diplomatik fəaliyyətini başa vuran İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz ilə görüşüb. Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında informasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq davam etdirilən əlaqələrdən söz açan nazir ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək inkişafının təmin olunması üçün qarşılıqlı maraq və potensialın olduğunu bildirib.
Xüsusən İsrail-Azərbaycan əməkdaşlığında yüksək texnologiyaların vacib istiqamət olduğunu nəzərə çatdıran Ə.Abbasov İsrailin bu sahədə aparıcı dövlətlərdən olduğunu, onun zəngin təcrübəsindən Azərbaycanın da yararlana biləcəyini vurğulayıb.
Daha sonra diplomatik fəaliyyəti dövründə tərəfdaşlıq əlaqələrinin inkişafına, o cümlədən İKT sahəsində Azərbaycan ilə İsrail arasında münasibətlərin daha da gücləndirilməsinə verdiyi töhfəyə və göstərdiyi xidmətlərə görə səfirə təşəkkürünü bildirən Ə.Abbasov diplomata gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Öz növbəsində, Rafael Harpaz İsrail Dövləti ilə Azərbaycan arasında uğurla davam edən əlaqələrin hər iki tərəfdə razılıq yaratdığını, bu münasibətlərin inkişafında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsinin özünəməxsus çəkisi ilə seçildiyini diqqətə çatdırıb.
Əməkdaşlığın genişləndirilməsində “BakuTel” Beynəlxalq sərgi-konfransının rolunu da xüsusi vurğulayan R.Harpaz sonuncu sərgidə İsrail şirkətlərinin “İsrail Milli Pavilyonu” adı altında təmsil olunduğunu xatırladıb, cari ildə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan-İsrail Ticarət Palatasının birgə təşkil edəcəyi “İsrail-Azərbaycan Startaplar Forumu”nun uğurlu keçməsinə lazımi dəstəyin göstəriləcəyini deyib.
Səfir əməkdaşlığın bundan sonra da bütün istiqamətlərdə, o cümlədən İKT sahəsində dostluq və etimad müstəvisində davam etdiriləcəyinə əminliyini ifadə edib.
Diplomatik xidməti zamanı əlaqələrin inkişafına verdiyi dəstəyə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlığını da ifadə edən səfir ölkəmizdən xoş təəssüratlarla ayrıldığını qeyd edib.
Gülnar Əliyeva
-
Rəsmi xronika13:57İlham Əliyev sərəncam imzaladı
-
İdman13:24“Barselona”nın yeni transferinin ilham pərisi: Onları kim tanış edib? - FOTOLAR
-
Cənubi Qafqaz13:18Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək - İrəvana qaçanlar şokdadır
-
Dünya11:12Kanadada oğurlanan 4798 avtomobil Rusiyada tapıldı: Qaçaqmalçıların ağlasığmaz əməliyyatı
-
Elm və təhsil10:18Bu müəllimlərin maaşı arta bilər
-
Region09:18Kremldən Paşinyanla bağlı açıqlama: Yaxın gələcəkdə...
-
Sosial09:00Paytaxtın və iki rayonun bəzi əraziləri işıqsız qalacaq
-
ABŞ08:48Bu adada “çimərlik açarları” yüz minlərlə dollara satılır - Bura iki məşhur ailə “əl qoyub”



























.jpg)






.png)




