Texnoloji
Prezidentlər hansı smartfonlardan istifadə edir?
ABŞ Milli Təhlükəsizlik Agentliyinin qlobal izləmə proqramı bir çox dövlət xadimlərinin mobil cihazlara qarşı münasibətini dəyişdirdi.
Publika.az-ın ictnews.az-a istinadən verdiyi
məlumata görə, bu məqalədə Edvard Snoudenin ifşaedici
açıqlamalarına istinadən prezidentlərin hansı smartfonlardan
istifadə etdiyi barədə məlumat veriləcək.
"BlackBerry"

Kanadanın "BlackBerry" smartfon istehsalçısının güclü mühafizə
sisteminə malik qurğuları aparıcı dünya dövlətlərinin liderləri
tərəfindən istifadə olunur.
2013-cü ildə Almaniya kansleri Angela Merkelin smartfonuna müdaxilə
edildikdən sonra onun administrasiyası "BlackBerry Z10s" modelindən
istifadəyə keçib. Almaniya hökuməti 256 bitlik şifrləmə və
mesajların təhlükəsiz marşrutlaşdırılması funksiyasına, həmçinin
dinləməyə qarşı əlavə mühafizə sistemi ilə təchiz edilmiş "micro
SD" kartına malik 5 min ədəd "BlackBerry" smartfonu satın alıb.
Belə smartfonun dəyəri 2500 avro təşkil edib.

Lakin kansler Merkel "QWERTY" klaviaturalı "BlackBerry Q10"
modelini seçib. Onun smartfonu, həmçinin yaxşı mühafizə edilib və
xüsusi daxili "VPN" üzrə məlumatları ötürür.
ABŞ prezidenti Barak Obama, həmçinin "BlackBerry" smartfonuna
sahibdir. O, "BlackBerry Curve 8900" və "BlackBerry Q10"
aparatlarından istifadə edir, bu halda ona "iPhone"dan istifadə
qəti qadağan edilib. Bununla belə ABŞ prezidenti "Apple" şirkətinin
qurğularını bəyənir.
Britaniya kraliçası ikinci Yelizaveta, həmçinin "BlackBerry"
smartfonundan istifadə edir.
Həmçinin Böyük Britaniyanın baş naziri Devid Kemeron və onun
Pakistandakı kolleqası Navaz Şərif "BlackBerry" aparatlarına
üstünlük verirlər.
Prezidentlər Jak Jirak, Nikola Sarkozi və Fransua Ollandın
danışıqlarının izlənilməsi ilə bağlı Edvard Snoudenin
açıqlamasından sonra fransız hökuməti 14 min ədəd "Thales" müdafiə
şirkətinin istehsalı olan "Teorem" hərbi kriptoqrafik mobil telefon
satın alıb. Aparatların təhlükəsiz hökumət şəbəkələrində işləməsi
məlumatların əlavə mühafizəsini təmin edir. Bu telefonlar vacib
hökumət zəngləri üçün istifadə olunur. Qısa haşiyə çıxaraq qeyd
edək ki, Olland adi həyatda "iPhone 5s" smartfonundan istifadə
edir.
Rusiya prezidenti Vladimir Putin smartfondan istifadə etmir, ancaq
yerli istehsalçıları həmişə dəstəkləməyə hazırdır.

Mütəxəssislər hesab edir ki, Şimali Koreyanın rəhbəri Kim Çen İr
daha çox öz telefon danışıqlarının məxfiliyinin qayğısına
qalmalıdır. Ancaq Koreya Xalq Demokratik Respublikasının liderinin
fotolarından birində "HTC" qurğusunu xatırladan qara smartfon
diqqəti çəkib.
-
İdman20:18Ronaldo rəsmən açıqladı: Karyerasını bitirir
-
ABŞ18:36Tramp SEPAH rəhbərliyi ilə niyə gizli əlaqə yaratdı?
-
Region17:00İrəvan aeroportunda qadınların kütləvi davası oldu
-
MDB16:36Binadan yıxılan 4 yaşlı uşaq sağ qaldı
-
Nida Xəbər 16:28Səfir sabiq prezidentlə fotosunu paylaşdı - Bakıya gəlib (FOTO)
-
İdman15:32Daha bir məşqçi müharibənin qurbanı oldu
-
İdman14:13"Qarabağ” Zubirlə belə vidalaşdı - VİDEO
-
Ekologiya13:02Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU




































