Texnoloji
Avropol məxfi informasiyanın göndərilməsi üçün ictimai "Wi-Fi" şəbəkəsindən istifadəni tövsiyə etmir
İnsanlar üçün kafe, mağaza və digər ictimai yerlərdə açıq "Wi-Fi" şəbəkələri tez-tez istifadəçilərin məlumatlarını, parol və pullarını oğurlayan cinayətkarların fəaliyyət meydançasına çevrilir. Bu barədə Avropa İttifaqının Avropol Polis Xidməti yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin (EC3 – European Cybercrime Centre) rəhbəri Trols Ortinq bildirib. Məxfi informasiya ilə yalnız şəxsi "Wi-Fi" çıxış nöqtəsinə qoşulmuş ev kompüterində işləmək tövsiyə olunur.
Açıq "Wi-Fi" şəbəkələrində hücumlar adətən "vasitəçi" (man in
the middle) üsulu ilə həyata keçirilir. Belə ki, hakerlər
kompüterləri onların nəzarəti altında olan "Wi-Fi" nöqtələrinə
qoşulmağa məcbur edərək sonradan ötürülən informasiyanı ələ
keçirirlər. Ötən ilin payızında buna oxşar hücum Avropa
Parlamentinin ərazisində həyata keçirilib. Bundan bir qədər sonra
Avropa Parlamentində "Wi-Fi" şəbəkəsinə ümumi çıxış ləğv
edilib.
Mütəxəssislər qeyd edirlər ki, "man in the middle" üsulu ilə hücum
prinsipi hamıya yaxşı məlum olsa da, ictimaiyyətin diqqətini yaxın
vaxtlarda cəlb etməyə başlayıb. T.Ortinqin fikrincə, istifadəçilər
internetdə təhlükəsiz işləmə qaydalarına yiyələnməlidirlər
Qeyd edək ki, Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin
vəzifəsi mütəşəkkil cinayətkar şəbəkələrin fəaliyyətinin qarşısının
alınmasından ibarətdir. Hazırda təşkilatın fəaliyyəti internetdə üç
cinayət növünün qarşısının alınması ilə məhdudlaşdırılıb. Bunlar
onlayn mütəşəkkil fırıldaqçılıq, uşaq pornoqrafiyasının yayılması
və əsas infrastruktur və informasiya sistemlərinə kiberhücumların
qarşısının alınması ilə mübarizədir. /atvxeber.az/
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?














.jpg)









.jpg)















