Texnoloji
Ev telefonunu mobil telefona yönləndirmək mümkün olacaq
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" MMC yeni “Aztelphone” xidmətini istismara verib.Belə ki, MMC Bakı şəhəri və regionlar üzrə abunəçilərin stasionar telefon nömrələrinin xaricə daşınması xidmətini tətbiq edib.
Publika.az-ın İctnews.az-a istinadən verdiyi
xəbərə görə, bu barədə “Aztelekom” MMC-nin Marketinq və satış
departamentinin rəhbəri Razi Tağıyev məlumat verib.
Onun sözlərinə görə, xidmətə qoşulmaq istəyən abunəçilər
Telekommunikasiya qovşaqlarına müraciət edə bilər.
Qovşağa yaxınlaşıb xidmətə qoşulmaq istəyən abunəçiyə loqin və
parol verilir. Loqin abunəçinin ev nömrəsi, parol isə istədiyi
rəqəmi və ya hərf kombinasiyasından ibarət ola bilər. Bundan sonra
növbəti mərhələdə abunəçi ona aid şəhər telefon nömrəsini bu xidmət
üçün ayrılmış nömrəyə (0124660000) yönəltməlidir. Bu əməliyyatdan
sonra abunəçinin ev nömrəsi onun mobil qurğusuna (smartfon və
planşet) yazılan “Aztelphone” proqramı vasitəsilə daşınır.
Abunəçi respublikanın istənilən bölgəsində olduqda ona edilən
zənglər və onun istənilən nömrəyə, o cümlədən mobil telefona etdiyi
zənglər müvafiq tariflərə uyğun hesablanır.
Belə ki, bu xidmət çərçivəsində Bakı telefon abunəçiləri
paytaxtın ev telefon abunəçiləri ilə istənilən qədər pulsuz danışa
bilər. Eyni zamanda Bakı Telefon qovşaqlarının abunəçilərinin də
ona etdiyi zənglər pulsuz olacaq. Həmin abunəçi rayon telefon
abunəçisinə zəng etdikdə isə dəqiqəsi 5 qəpikdən ödəniş etməli
olacaq. Əgər telefonu mobil telefona yönləndirən abunəçi
xaricdədirsə, onun rayonundan olan abunəçinin ona etdiyi zənglər
pulsuz olacaq.
Xidmətin aylıq abunə haqqı 20 manatdır. R.Tağıyev hesab edir ki,
xidmətin əsas istifadəçiləri arasında şirkətlər və dövlət
müəssisələri ola bilər:
"Bu xidmətdən dövlət və özəl qurumların nümayəndələri də istifadə
edə bilər. Bir daha qeyd edim ki, xidmət bütün respublika
abunəçiləri üçündür. Dünyada analoqu olmayan xidmət "Aztelekom"un
uzun müddət apardığı araşdırmalar nəticəsində ərsəyə gəlib".
-
Cənubi Qafqaz13:18Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək - İrəvana qaçanlar şokdadır
-
Dünya11:12Kanadada oğurlanan 4798 avtomobil Rusiyada tapıldı: Qaçaqmalçıların ağlasığmaz əməliyyatı
-
Elm və təhsil10:18Bu müəllimlərin maaşı arta bilər
-
Region09:18Kremldən Paşinyanla bağlı açıqlama: Yaxın gələcəkdə...
-
Sosial09:00Paytaxtın və iki rayonun bəzi əraziləri işıqsız qalacaq
-
ABŞ08:48Bu adada “çimərlik açarları” yüz minlərlə dollara satılır - Bura iki məşhur ailə “əl qoyub”
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Bu günün havası
-
Magazin206:16“Sibel Can heç kimlə evlənməyəcək, çünki evlidir”
















.jpg)










.jpg)






.png)




