Texnoloji
Azercell-dən - Korporativ abunəçilər üçün endirimli bölgə tarifi (R)
Bu bahar Azercell abunəçilərinə bolluca sevinc gətirdi, çünki lap Novruz ərəfəsində Azercell onlara müxtəlif kampaniyalar və yeni imkanlar təqdim etməyə davam edir.
Azercell bu dəfə endirimli bölgə tarifini təqdim etməklə bölgələrdəki Korporativ abunəçilərini sevindirir. Bölgələrdə fəaliyyət göstərən abunəçilər üçün “Korporativ Bölgə” tarifini istifadəyə verən Azercell bütün şirkətləri 4,5 milyonluq abunəçi ailəsinə qoşulmağa səsləyir.
Yeni endirimli tarifə uyğun olaraq, bölgələrdə yerləşən şirkətlər bütün istiqamətlərdə 3 qəpik tarifi ilə danışacaqlar. Eyni zamanda, şirkətin daxilində edilən bütün zənglər pulsuzdur. Yeni tarifə görə, 1 sms cəmi 1 qəpik, 1 MMS isə 5 qəpik tarifi ilə hesablanacaq.Onu da bildirək ki, BizKlub üzvləri üçün də BizKlub daxilində zənglər pulsuzdur.
Azercell-in korporativ abunəçilərinə təqdim etdiyi bu tarifə qoşulmaq üçün abunəçilər istəklərini əks etdirən məktubu bölgələrdə və ya Bakı şəhərində yerləşən Müştəri Xidmətləri və ya Azercell Ekspres ofislərinə təqdim etməlidirlər. Qeyd edək ki, “Korporativ Bölgə” tarifinin abunəçiləri üçün aylıq abunə haqqı tarifə qoşulan nömrələrin sayına görə dəyişir. Belə ki, 3-10 nömrə arası aylıq abunə haqqı 2 AZN, 10 və daha çox nömrə üçün isə 1 AZN təşkil edir. Məlumat üçün bildirək ki, tarifə tətbiq olunan endirimlər yalnız bölgələrdə istifadə oluna bilər.
Həmçinin, qeyd edək ki, korporativ abunəçilər üçün tətbiq edilən bu tarif Azercell şirkətinin bolgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyasının tərkib hissəsidir. Bu strategiyanın çərçivəsində Azercell tərəfindən regionlar üçün nəzərdə tutulmuş bir sıra kampaniya və məhsullar, əsasən də, 3-cü dəqiqədən sonra şəbəkə daxili danışıqların pulsuz olmasını nəzərə alaraq abunəçilərə bütün istiqamətlərdə 5 qəpik tarifi ilə danışmağa imkan verən regional “Bolge” tarifini tətbiq etmişdir.
Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar abunə xidməti və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş sayda kampaniyalar, xidmətlər və sərfəli tariflər təqdim etməyə davam edəcək.
Qarşıdan gələn Bayramınız mübarək!
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?














.jpg)









.jpg)















