Texnoloji
Analoq yayımın sonu gəldi
Azərbaycanda telekanalların rəqəmsal yayıma keçid məsələsi bu ilin sonuna kimi həllini tapmalıdır. Bunu Trend-ə açıqlamasında Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Toğrul Məmmədov deyib.
Onun sözlərinə görə, yayımın həyata keçirilməsi üçün vacib olan texniki məsələlər həll olunub.
T.Məmmədov qeyd edib ki, bir sıra məsələlərin həllindən sonra sözügedən yayım tam reallaşdırılacaq: “Rabitə və Yüksək Texnologiyaları Nazirliyi üzərinə düşən məsələləri həll edib. Texniki cəhətədən bütün işlər yekunlaşdırılıb və respublikanın bütün əraziləri rəqəmsallaşdırılıb. Bakıda da kabelləşdirilmə prosesi yekunlaşıb və bu şəbəkədən geniş istifadə olunur. Bakı şəhərində rəqəmsal yayıma keçiddə hər hansı bir problem olmayacaq. Hazırda bir məsələ qalır, o da əhalinin bu prosesə uyğunlaşdırılmasıdır. Milli Televiziya və Radio Şurasında bu ilin sonuna kimi rəqəmsal yayma keçidlə bağlı məsələyə baxılacaq. Ondan sonra analoq yayım söndürüləcək. Bu fəaliyyət insanların keyfiyyətli yayımla təmin olunmasına hesablanmış addımlardır”.
-
MDB14:03Ramzan Kadırova ordu generalı paqonları təqdim edildi
-
MDB13:50Rusiya Xarkovda daha bir kəndi zəbt etdi
-
MDB13:43Xəstəxanadan çıxan keçmiş iqtisadiyyat nazirinin ilk işi araq içmək oldu - FOTO
-
MDB13:25Məşhur sovet psixoterapevti vəfat etdi
-
Ekologiya13:20Bakıda betonun üstündə yaşıllıq axtarışı: Plan baş tutacaq?
-
Nida Xəbər 12:55Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi
-
Ekologiya12:47Bakıya yağış yağacaq - HAVA PROQNOZU
-
Ekologiya11:40Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağdı - FAKTİKİ HAVA


































.jpg)
