Texnoloji
“Apple” və “Google” kəşfiyyata məlumat ötürməkdən imtina etdi
“Apple”, “Google” və “Microsoft” şirkətləri istifadəçilərin şəxsi yazışmalarını hüquq-mühafizə orqanlarına ötürməkdən imtina edir.
Publika.az xəbər verir ki, “New York Times”ın yazdığına görə, son aylar hökumət bir neçə dəfə şirkətlərə bu tipli müraciətlər edib.
2015-ci ilin yayında ABŞ Ədliyyə Nazirliyi bir cinayətlə bağlı “Apple” şirkətindən şübhəli bilinən şəxslərin mesajlarını oxumaq hüququ istəmişdi. Lakin şirkət əksər mesajların şifrəli olduğunu əsas gətirərək bunun yalnız məhkəmənin qərarı ilə mümkün ola biləcəyini demişdi.
ABŞ Ədliyyə Nazirliyi digər bir nəhəng kompaniya olan “Microsoft”la da eyni tipli məhkəmə çəkişməsində olub. Şirkət 2013-cü ildə narkotrafikdə şübhəli bilinən şəxslərin elektron məktublarına giriş əldə etmək üçün olunan müraciətindən imtina edib. O zaman “Microsoft” bütün məktubların Dublində serverdə saxlandığını söyləyərək İrland məhkəməsindən order gətirilməsini tələb etmişdi.
Mətbuatın yazdığına görə, belə bir qərar başadüşüləndir. Çünki Edvard Snoudenin məlum sensasiyalı açıqlamalarından sonra şirkətlər bununla öz istifadəçilərinin maraqlarını qoruduqlarını nümayiş etdirmək istəyirlər.
Gülnar Əliyeva
-
MDB14:03Ramzan Kadırova ordu generalı paqonları təqdim edildi
-
MDB13:50Rusiya Xarkovda daha bir kəndi zəbt etdi
-
MDB13:43Xəstəxanadan çıxan keçmiş iqtisadiyyat nazirinin ilk işi araq içmək oldu - FOTO
-
MDB13:25Məşhur sovet psixoterapevti vəfat etdi
-
Ekologiya13:20Bakıda betonun üstündə yaşıllıq axtarışı: Plan baş tutacaq?
-
Nida Xəbər 12:55Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi
-
Ekologiya12:47Bakıya yağış yağacaq - HAVA PROQNOZU
-
Ekologiya11:40Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağdı - FAKTİKİ HAVA


































.jpg)
