Texnoloji
Əhalinin 90 faizi internetə qoşula bilmir
İnternetdən istifadə göstəricisinə görə Azərbaycan reytinq cədvəlində 192 ölkə arasında 63-cü pillədə qərarlaşıb. Bu rəqəm ölkəmizdə əhalinin 61 faizinin internetdən istifadə etməsi anlamına gəlir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının 2015-ci il üçün “Genişzolaqlı İnternetin vəziyyəti” adlı hesabatında verilib.
Hesabata əsasən, hazırda 3,2 milyard insan internetə çıxış
imkanına malikdir ki, bu da dünya əhalisinin 43 faizini təşkil
edir.
Ötən il bu göstərici 2,9 milyard nəfərə bərabər olub. İnkişaf
etmiş ölkələrdə internetə çıxış səviyyəsi maksimum həddinə çatdığı
halda, inkişaf etməkdə olan ölkələrdə bu göstərici əhalinin yalnız
35 faizi üçün əlçatandır. BMT tərəfindən daha az inkişaf etmiş
ölkələr kimi müəyyənləşdirilmiş 48 ölkədə vəziyyət xüsusilə
ağırdır. Belə ki, əhalinin 90 faizindən çoxu internetə qoşulma
imkanına malik deyil.
Qeyd edək ki, Belarusda əhalinin 59, Qazaxıstanda 54, Gürcüstanda
48, Ermənistanda 46 faizi internetə çıxış imkanına malikdir.
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq
-
Dünya08:24ABŞ və Britaniyadan müəmmalı addımlar - Dünya müharibəsinə hazırlıq başladı?
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq

















.jpg)


















