Texnoloji
Azərbaycanda 4-cü mobil operator yaradılır
"Delta Telecom" şirkəti (Azərbaycanın ilk provayderi) ölkədə mobil rabitə xidmətləri göstərməyi planlaşdırır.
Şirkətdən Trend-ə verilən məlumata görə, xidmətin göstərilməsi üçün "Delta Telecom"un LTE (Long Term Evolution) standartına əsaslanan mövcud infrastrukturundan istifadə olunacaq.
İlkin mərhələdə şirkət 4-cü nəsil şəbəkəsi bazasında məlumatların ötürülməsi xidmətini işə salmağı planlaşdırır. GSM standartında səs xidmətinin göstərilməsinə ikinci mərhələ çərçivəsində baxılacaq. Buna görə Rabitə və Yüksək Texnologiyaların icazəsi lazımdır ki, şirkət bu icazəni almaq üçün gələcəkdə müraciət etmək niyyətindədir.
"Delta Telecom", həmçinin öz mobil şəbəkə infrastrukturunu işə salmaq niyyətindədir. Hazırda bunun üçün avadanlıqların tədarükçüsü qismində "Ericsson" və "Alcatel&Lucent" şirkətləri müəyyən edilib.
Artıq layihənin texniki məsələlərini həll etmək qalıb ki, bu da 2016-cı ilin birinci rübünə planlaşdırılır.
Şirkətdən deyiblər ki, mobil rabitə xidməti "Telecom Invest" ("Delta Telecom"un törəmə şirkəti) adı altında göstəriləcək.
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq
-
Dünya08:24ABŞ və Britaniyadan müəmmalı addımlar - Dünya müharibəsinə hazırlıq başladı?
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
















.jpg)



















