Texnoloji
NASA İsraillə əməkdaşlığa başlayır
ABŞ Kosmik Agentliyi (NASA) və İsrail Kosmik Agentliyi (Israel Space Agency - ISA) arasında əməkdaşlığa dair saziş imzalanıb.
Publika.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, sənəd Yerusəlimdə keçirilən beynəlxalq astronavtika konqresi çərçivəsində “NASA” rəhbəri Çarlz Bolden və "ISA” direktoru Menahem Kedron tərəfindən imzalanıb.
Ç.Boldenin sözlərinə görə, bu əməkdaşlıq “NASA” üçün agentlik əməkdaşlarının İsrailin bütün innovativ texnologiyalarından bəhrələnməsi üçün imkan yaradacaq.
“Ölkələrimiz təkcə təhlükəsizlik sahəsində deyil, həm də kosmik məkanın mənimsənilməsi, eləcə də digər elmi layihələrdə uzun müddətdir əməkdaşlıq edir. Biz İsrail ilə imzalanan saziş sayəsində yeni kəşfləri səbirsizliklə gözləyirik”, - agentlik rəhbəri qeyd edib.
Öz növbəsində İsrail təmsilçiləri əmindirlər ki, İsrail Dövlətində hazırlanan texnologiyalardan Marsa planlaşdırılan uçuşlar zamanı istifadə ediləcək.
-
Dünya08:24ABŞ və Britaniyadan müəmmalı addımlar - Dünya müharibəsinə hazırlıq başladı?
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR












.jpg)


.jpg)



















