Texnoloji
Diqqətli olun - “Google Chrome”un saxtası yayılıb
“Google Chrome” veb brauzerinin saxta surəti yayılıb.
Publika.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Mərkəzi xəbərdarlıq yayıb.
Belə ki, saxta brauzer “Google Chrome” veb brauzerini tamamilə silməklə özünün saxta surətini onun əvəzinə kompüterə yükləyir. Təhlükəsizlik ekspertləri istifadəçilərə xəbərdarlıq edir.
Qeyd edək ki, istifadəçinin “eFast Browser” adlandırılan bu saxta veb brauzerlə “Google Chrome” brauzeri arasındakı fərqi asanlıqla müəyyən etməsi mümkün deyil.
Təhlükəsizlik ekspertləri bildirir ki, “eFast Browser” ziyanverici proqramı ciddi təhlükəsizlik problemlərinə və fərdi məlumatların oğurlanması hallarına gətirib çıxara bilər.
“Həmin saxta brauzer vasitəsilə bədniyyətli sizin daxil olduğunuz veb səhifələrdə icazəsiz reklamlar yerləşdirə, sizi saxta məzmunu olan zərərli saytlara yönləndirə və internetdəki fəaliyyətinizi izləyə bilər. “Google Chrome” veb brauzerini rəsmi veb saytından endirin və onu kompüterinizə quraşdırarkən hər bir mərhələni diqqətlə təhlil edin”.
-
Dünya08:24ABŞ və Britaniyadan müəmmalı addımlar - Dünya müharibəsinə hazırlıq başladı?
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR












.jpg)


.jpg)



















