Texnoloji
Bill Qeyts yubileyini qeyd edib
Oktyabrın 28-də informasiya inqilabı liderlərindən biri Bill Qeyts 60 illik yubileyini qeyd edib.
1975-ci ilin aprelində Pol Alen ilə birlikdə “Microsoft” korporasiyasını yaradan yubilyarın hazırda var-dövlətinin dəyəri 79,3 milyard dollar həcmində qiymətləndirilir.
ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində varlı ailədə doğulan və ilk proqramını 13 yaşında yaradan Bill Qeyts uşaqlıqdan riyaziyyatı yaxşı bilməsi ilə seçilib. Gələcək milyarder məktəbdə təhsil alan zaman kompyuterə müdaxilə edir və buna görə ona bu qurğudan üçaylıq istifadə qadağan olunur. Bu müddət başa çatdıqdan sonra kompyuter proqramı üzrə şirkət onu məsləhətçi kimi işə dəvət edib. Məhz bu iş ona təkcə texnoloji biliklər yox, həm də kompyuter biznesinin inkişafı barədə anlayış verir.
Gənc sahibkar həmçinin şəxsi şirkətini yaratmaq üçün Harvard Universitetində təhsilini yarımçıq qoyub.
B.Qeyts ilk uğurunu 1985-ci ilin noyabrında dünyaya ilk dəfə "Windows” əməliyyat sistemini təqdim edəndə qazanıb. O, 2000-ci ilin yanvarında “Microsoft” baş icraçı direktor vəzifəsini tərk edərək diqqətini korporasiyasının strateji inkişafına yönəltmək üçün əməliyyat sistemləri üzrə baş arxitektor vəzifəsini tutur, daha 6 il sonra ümumiyyətlə “Microsoft”un gündəlik fəaliyyətindən ayrılır. 2014-cü ilin fevralında B.Qeyts korporasiyadakı bütün vəzifələrini tərk edərək baş icraçı direktor Satya Nadellanın texnoloji müşaviri olur. O, 2000-ci ildə həyat yoldaşı ilə birgə Bill və Melinda Qeyts Fondunu yaradıb və hazırda təşkilat dünyada 41 milyard dollar dəyərində böyük aktivlərə malikdir.
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ


































