Texnoloji
Kompüterlər geniş insan kütlələrinin sayını hesablaya biləcək
Son vaxtlaradək müxtəlif nümayişlərdə iştirak edən adamların sayı sahə vahidinə düşən adamların sayının vizual hesablanması metodu və alınmış nəticələrin orta qiymətinin tapılması ilə müəyyən edilib. Lakin yeni proqram təminatı nəticəsində geniş kütlələrdə adamların sayını bir neçə həftə deyil, hadisə yerinin aerofotoçəkilişindən əldə edilən şəkillərin təhlili əsasında 20-30 dəqiqəyə müəyyən ediləcək.
Bu cür məlumat bəzi hallarda bir sıra lazımi tədbirlərin vaxtında görülməsinə kömək edəcək. Yəni əldə edilən nəticələr sonda insanların həyatlarını qorumağa kömək edəcək.
Proqram təminatı Mərkəzi Florida Universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb. Universitetin Kompüter Tədqiqat Mərkəzinin direktoru, professor Mübarək Şah deyib: “Geniş xalq kütlələrində insanların sayının avtomatlaşdırılmış kompüter təhlili heç vaxt aparılmayıb. İndi xüsusi xidmət orqanları bir neçə dəqiqədə adamların sayı və kütlənin sıxlığının dəyişikliyi haqqında məlumatı alaraq adamların hərəkətlərini də nizamlaya bilərlər. Bu, insan ölümü ilə nəticələnə biləcək çaxnaşmanın, basırığın əmələ gəlməsindən yaxa qurtarmağa kömək edəcək”.
Professor M.Şahın qrupu pilotsuz təyyarələrdən çəkilən və İspaniya Kataloniyanın müstəqilliyini tələb edən nümayişçilərin əks olunduğu fotoşəkillərdə alqoritmlərin iş bacarığını yoxlayıblar. Cəmi 67 şəklin təhlili aparılıb, iştirakçıların sayını hesablayan kompüterin işinə cəmi 30 dəqiqə vaxt sərf olunub.
Yeni texnologiya təkcə nümayişlərdə deyil, açıq yerlərdə keçirilən müxtəlif ictimai tədbirlərdə tətbiq oluna bilər. Bu isə tədbirlərin təşkilatçılarının iştirakçılara daha tez və keyfiyyətli xidmət göstərmələrinə, insanların rəftarındakı hər hansı dəyişikliyə vaxtında reaksiya vermələrinə kömək edəcək.
-
Region09:18Kremldən Paşinyanla bağlı açıqlama: Yaxın gələcəkdə...
-
Sosial09:00Paytaxtın və iki rayonun bəzi əraziləri işıqsız qalacaq
-
ABŞ08:48Bu adada “çimərlik açarları” yüz minlərlə dollara satılır - Bura iki məşhur ailə “əl qoyub”
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Bu günün havası
-
Magazin206:16“Sibel Can heç kimlə evlənməyəcək, çünki evlidir”
-
İdman05:15İkiqat Azərbaycan çempionu 52 yaşında vəfat etdi
-
ABŞ02:12Tramp ABŞ Kosmik Qüvvələrinin formasını nümayiş etdirdi - FOTO
-
Sağlamlıq01:41Saqqızı udduqda nə baş verir? - “Mədədə illərlə...”

















.jpg)

















.png)




