Texnoloji
Əlaçı şagird, bitməyən ali təhsil və silah kolleksiyası - Kasperskinin həyatından 10 FAKT/ FOTOLAR
Kris Kasperski - dünya şöhrətli rusiyalı haker. 90-cı illərdə kompüterlə maraqlanan hər kəs onu yaxşı tanıyır. Publika.az tanınmış hakerin həyatından 10 faktı təqdim edir.
1.Əsl adı
Krisin əsl adı Nikolay Vladimiroviç Lixaçevdir. Çoxdandır heç kim onu bu adla çağırmır. Tanınmış hakerin əsl adı demək olar ki, unudulub. Çoxları üçün o, sadəcə olaraq, Kris Kasperskidir.
2. Ləqəbləri necə yaranıb
Kris sözünün siçovulla və ya Yevgeni Kasperskinin soyadı ilə heç bir əlaqəsi yoxdur. Kasperski familyası hakerin “Kasperin qorxu məktəbi” cizgi filminə olan sevgisindən yaranıb.
3. Sağlamlıqla bağlı problem
Haker bir neçə həftəlik olanda həkim səhvən ona kalsium-xlorid iynəsi vurub. Buna görə haker insult keçirib. Beyinin bəzi hüceyrələri ölüb, onda yüngül autizm yaranıb. Maraqlıdır ki, öz ad günündən başqa, Kris heç bir dəqiq tarixi xatırlamır amma hadisələrin xronologiyasını kompüterlərin modellərinə görə bərpa edir.
4. İlk kompüter
İbtidai sinifdə artıq onun kompüteri var idi. Bu Britaniya modeli olan “Oric Atmos”un bolqar dilində olan bolqar modeli - “Правец 8Д” idi. Kompüter maqnitofona və rəngli televizora qoşulurdu. O, bu kompüterlə ilk oyununu yaradıb. Oyunda ekranda irəli-geri hərəkət edən balıqçı təsvir olunur. Balığı tutmaq üçünsə boşluğu basmaq tələb olunurdu.
5. Əlaçı və gümüş medalçı
Kris məktəbi gümüş medalla bitirib. O, dərslərini çox yaxşı oxuyub. Attestatında heç bir “4” olmayıb. Özünün dediyinə görə, qızıl medal almaq üçün rüşvət vermək lazım gəldiyindən ona gümüş medal veriblər.
6. Ali təhsil almaq üçün 2 cəhd
Məktəbi bitirəndən sonra Kris Taqanroq radiotexnik universitetinə imtahansız qəbul olub. İlk sessiyaya qədər dözməyib, proqramlaşma ilə bağlı fənlərdən əlavə dərslər də keçildiyinə görə ali məktəbi tərk edib. Növbəti il isə anasını sakitləşdirmək üçün yenidən həmin ali məktəbə qəbul olub, lakin onu da yarımçıq qoyub.
7. Birinci biznes
Taqanroqda Kasperski bir neçə tələbə ilə birlikdə sistem administratorluğu təklif edən şirkət yaradıb. Bir müddətdən sonra həmin şirkət bağlanıb və Kris bütün əlində olan pulu və kompüterləri qoyaraq valideynlərinin yanına-doğma kəndinə qayıdıb.
8. İki Kasperski
Bir dəfə Moskvada təyyarədən enərkən iki Kasperskinin tarixi görüşü baş verib. Kris məşhur antivirusun yaradıcısı Yevgeni Kasperskinin antivirus laboratoriyasına gələrək işə başlayıb. O, laboratoriyada bəzi təkliflər etsə də, onu ciddi qəbul etməyiblər və ideyalarını gülüşlə qarsalayıblar. O, yalnız 3 həftə həmin laboratotiyada işləyib. Bir müsahibəsində bildirib ki, bizim ayrı-ayrı bizneslərimiz var və bir-birimizə mane olmuruq. Qeyd edib ki, hətta ləqəbinin sonundan “y” hərfini də çıxarıb ki, onları qarışdırmasınlar.
9. Federal Təhqiqatlar Bürosu mürgüləmir
2012-ci ildə ABŞ-da “Haker” jurnalının baş redaktoru Nikita Kislitsın Krislə görüşür. O, jurnala intervü verərək öz işi haqqında danışır. Özünün dediyinə görə, bundan sonra ABŞ Federal Təhqiqatlar Bürosu onunla ciddi maraqlanmağa başlayır. Lakin sonrakı təfərrüatların necə olması ilə bağlı Kris heç nə danışmır.
10. Kömpüter və silah
Kris silaha çox maraq göstərib və yaşadığı ştatda silah leqal olduğundan bir neçə silah alıb. Onun silah kolleksiyasında “Spartan Rifle” şirkətinə məxsus, dünyada cəmi 3 ədəd istehsal olunan silah da daxil olmaqla onlarla silah var.
Gülnar
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop22 Aprel 17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz























.png)














