Texnoloji
Azərbaycanda sərf edilən internet-trafikin həcmi açıqlandı
2015-ci ilin noyabrın 4-nə ölkənin ilk provayderi "Delta Telecom" şirkətinin şəbəkəsi ilə daxil olan internet-trafikin həcmi oktyabrın əvvəli ilə müqayisədə 50 faiz artaraq 180 Gbit/saniyə təşkil edib. Trend-in məlumatına görə, bu barədə şirkətin statistik hesabatda deyilir.
Şəbəkənin yüklənmə dinamikası günün vaxtlarından asılı olaraq dəyişilir və ən böyük yüklənmə axşam saatlarına (saat 20:00 – 23:00, 180 Gbit/saniyə) düşür. Gündüz saatlarında bu göstərici 20 Gbit/saniyəyə qədər azalır.
“Delta Telecom”un məlumatına əsasən, oktyabrda xaric olan
trafikin həcmi 30 Gbit/saniyə təşkil edib. Bu göstərici sutkanın
günorta saatlarında 1 Gbit/saniyəyədək azalır.
"Delta Telecom" şirkətinin trafiki 27 telekommunikasiya operatoru
(dövlət və özəl internet-provayderlər, mobil rabitə operatorları və
digərləri) arasında bölüşdürülür.
Noyabrın 4-nə olan vəziyyətə görə, son istifadəçiyə çatdırılan internet-trafikin daha böyük həcmi "BakinterNet" dövlət internet-provayderinin (30,9 faiz) payına düşür. İkinci yeri 21,8 faizlik payla “Aztelekom”, üçüncü yeri isə 8,1 faizlik payla "Unine" ("Stream" ticarət markası) tuturlar.
Yerdə qalan 39,2 faiz "AlfaNet", "Azintex", "Eurotelecom", "Smart Systems", "AG Telecom", "Azedunet", "Caspel", "QlobalNet", "Ultel", "Avirtel", "AzStarNet", "Castel", "MegaTelecom", "Azerin", "Stellford" ("Connect" ticarət markası), "Nakhchivan", "Azeronline", "Azqtel", "DATAPlus", Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi, "AzEuroTel", "Bakcell", "Eurocel" и "TransEuroCom" arasında bölüşdürülüb.
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ

































