Texnoloji
Bütün mülki təyyarələr kosmosdan izlənəcək
Ötən ilin martında yoxa çıxmış Malayziya Hava Yollarına məxsus təyyarənin qalıqları hələ də tapılmayıb. 2017-ci ildən etibarən belə vəziyyət baş verməyəcək.
AZƏRTAC www.lemonde.fr saytında istinadla xəbər verir ki, Cenevrədə işə başlayan Ümumdünya Radiorabitə Konfransında bütün mülki təyyarələrin peykdən izlənilməsinə dair razılıq əldə edilib. Razılaşmaya əsasən, təyyarələrin «ADS-B» siqnallarını fəzaya ötürmək üçün radiotezliklər müəyyənləşdiriləcək. Məlumat avtomatik olaraq peyklər vasitəsilə uçuşlara nəzarət edən yerüstü stansiyalara yönəldiləcək.
Beynəlxalq Telekommunikasiya İttifaqı bu sistemin tətbiqinə başlamaq üçün aviaşirkətlərlə birlikdə bir sıra tədbirlər həyata keçirməlidir.
Hazırda planetimizdə uçuşların 70 faizinə nəzarət olunmur. Bu, xüsusilə okeanların, səhraların və dağların üzərindəki sahələrə aiddir.
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ


































