Texnoloji
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə 29 müraciət olub
Bu ilin 10 ayı ərzində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə Radiomonitorinq şöbəsinə kənar maneə təsiri ilə əlaqədar olaraq 29 müraciət daxil olub.
RYTN-dən Publika.az-a verilən məlumata görə, bu barədə DRİ-nin hesabatında qeyd olunub.
İdarədən bildirilib ki, Bakı “Teleqüllə”sindən yayımlanan TV proqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədilə Abşeron yarımadasının Sahil, Abşeron yarımadasının Sumqayıt, Tağıyev, Giləzi, Xırdalan, Lökbatan, Sahil, Qobustan, Ələt, Binə, Buzovna, Şüvəlan, Zuğulba, Maştağa, Müşfiqabad, Qaraçuxur, Zığ, Pirallahı yaşayış məntəqələrində TV siqnalların elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb.
Hesabat dövründə ümumilikdə 83 məntəqədə 781 ölçü işləri aparılıb. Yuxarıda qeyd olunan yaşayış məntəqələrində Bakı “Teleqüllə”sindən FM radio proqramlarını yayımlayan vericilərin yaratdığı elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb.
Respublika ərazisində yayımlanan TV və FM proqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədi ilə isə DRİ-nin Radiomonitorinq şöbəsinin mütəxəssisləri tərəfindən Şirvan, Salyan, Neftçala, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi, Füzuli, Qobustan, Şamaxı, Ağsu, Göyçay, Ağdaş, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən , Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonları ərazisində radiomonitorinq işləri aparılıb. Bu istiqamətdə 84 məntəqədə 884 ölçü işləri reallaşdırılıb.
Televiziya üzrə isə 94 məntəqədə 735 ölçü işləri həyata keçirilib. DRİ-dən qeyd edilib ki, radio üzrə isə ümumilikdə 73 məntəqədə 581 ölçü işləri aparılıb.
-
Region09:18Kremldən Paşinyanla bağlı açıqlama: Yaxın gələcəkdə...
-
Sosial09:00Paytaxtın və iki rayonun bəzi əraziləri işıqsız qalacaq
-
ABŞ08:48Bu adada “çimərlik açarları” yüz minlərlə dollara satılır - Bura iki məşhur ailə “əl qoyub”
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Bu günün havası
-
Magazin206:16“Sibel Can heç kimlə evlənməyəcək, çünki evlidir”
-
İdman05:15İkiqat Azərbaycan çempionu 52 yaşında vəfat etdi
-
ABŞ02:12Tramp ABŞ Kosmik Qüvvələrinin formasını nümayiş etdirdi - FOTO
-
Sağlamlıq01:41Saqqızı udduqda nə baş verir? - “Mədədə illərlə...”













.jpg)














.jpg)



.png)




