Texnoloji
Azərbaycanda internetin çökməsinin SƏBƏBİ
Bu gün ölkənin 90 faizi internetsiz qaldı. Bu hadisə internet əsrində demək olar ki, ilk dəfədir Azərbayanda baş verdi. Əsas versiya kimi ölkənin 90 faizini internetlə təmin edən "Delta Telekom"da tüstülənmə və avadanlıqların sıradan çıxması göstərilsə də, təxribat versiyası da araşdırma predmetidir.
ANS-in məlumatına görə, bu gün saat 16-30 radələrində ölkə üzrə internetin verilişi dayandı. Buna xətlərdə baş verən yanğın səbəb olub. Ölkəni internetlə təmin edən "Delta" şirkətinin ərazisinə dərhal dövlət yanğından mühafizə xidmətinin iki yanğınsöndürən maşını, yanğınsndürmə briqadaları, polis əməkdaşları cəlb olunub.
Ərazidə təhlükəsizlik gücləndirilib, jurnalistlər içəriyə buraxılmayıb. Biz hadisə yerində olanda ərazidə alov, yanğın müşahidə etmədik, yanğınsöndürənlərin avadanılıqlarından istifadə etməsini də müşahidə etmədik.
FHN DYMX-dən verilən məlumata görə, "Delta Telekom"un data mərkəzində naqillərdə tüstülənmə olub. Yanğın qeydə alınmadığından heç bir müdaxilə edilməyib, tüstülənməyə səbəb xətlərin həddən artıq yüklənməsi, qızmasıdır.
"Delta Telekom LTD"-nin daxili xidmət rəhbəri Anar Gülməmmədov açıqladı ki, data mərkəzində kabel xətlərində tüstülənmə baş verib. Az bir sahədə yanma olub.
"Ana kabel yanıb. İndi həmin kabel bərpa olunur, bundan sonra internet olacaq. Baş vermiş prosesin aradan qaldırılmsı üçün iş gedir. Bununla bağlı texniki məsələlər aradan qaldırılır, ehtiyat avadanlıqlar işə salınacaq. Qısa müddətdə internet bərpa olunacaq", - Anar Gülməmmədov bildirib.
"Delta" şirkətinin nümayəndəsi kiber hücum olması ilə bağlı məlumatları əsassız adlandırdı. RYTN səlahiyyətlərini icra edən İltimas Məmmədov da söylədi ki, təxribat versiyası barədə danışmaq hələ tezdir, hazırda araşdırmalar gedir, bütün mümkün versiyalar yoxlanılacaq.
"Delta" telekom ölkənin əsas intenet provayderidir, respublikanın təxminən 80-90 faizini internetlə bu şirkət təmin edir. İnternetin olmaması səbəbindən problem avtomatik olaraq digər sahələrə təsir edib. Xüsusilə bank sektoruna. Banklar əməliyyat həyata keçirə bilməyib, pulköçürmə sistemi dayanıb. Bankamatlar ,ödəmə terminalları işləməyib. İnternetin olmaması KİV-in işinə də mənfi təsir edib.
Azərbaycan öz peykindən internet əldə edə bilərmi sualina cavab olaraq "Azərkosmos"-dan dedilər ki, bu texniki olaraq mümkündür, amma indiyədək buna zərurət yaranmayib.
İT mütəxəssisi, "Delta Telekom"da təcrübə keçmiş Cahid İsmayıloğlu bildirib ki, ölkədə 4 saata yaxın internetin olmaması təxribat törədildiyinə dair fikirlərə yol açır. Onun sözlərinə görə, əgər bir neçə internet paylayıcı kabel yansaydı, bunu qısa müddət ərzində yoluna qoyardılar.
-
Nida Xəbər 09:46Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
-
Nida Xəbər 08:48Heydər Əliyev dövlət müstəqilliyinin möhkəmləndirilməsi üçün təməl qoydu - XİN
-
İdman06:46Fyuri dünyanın ən güclü adamanı məğlub etdi - VİDEO
-
Magazin106:16Flora Kərimova ilə arxiv fotosunu paylaşdı
-
Magazin104:44Orxandan Aydınla bağlı ETİRAF: “Kaş meyxana deməzdik” - VİDEO
-
Enerji03:13“Brent” markalı neft kəskin ucuzlaşdı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Subaylar üçün maraqlı bir tanışlıq baş tuta bilər
-
Magazin114 İyun 20:48"O qədər xəyanət etmişəm ki..." - VİDEO




































