Texnoloji
Beynəlxalq Əmək Təşkilatı: “Ali təhsil işsizlikdən xilas etmir”
Bütün dünyada əmək bazarına təhsilli insanların daxil olmasında artım qeydə alınır. Bununla bərabər, ali təhsilə yiyələnmə qlobal səviyyədə işsizlik səviyyəsini azaltmır.
Publika.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) yeni hesabatında deyilir.
Hesabat müəllifləri qeyd edirlər ki, son 15 ildə tədqiqatın aparıldığı 64 ölkənin 62 əmək bazarında ali təhsilli insanların sayında artım müşahidə olunur. Universitet təhsilli insanların son illərdə sayında daha çox artım Kanada, Lüksemburq və Rusiyada qeydə alınıb.
“Bu, müsbət tendensiyadır, çünki təhsil rahat şəraitdə işləməyə və çox qazanmağa imkan verir. Lakin bu o demək deyil ki, ali təhsilli şəxslərin iş tapmaq imkanı avtomatik olaraq daha çoxdur”, - BƏT nümayəndəsi Stiven Kapsos bildirib.
Bildirilir ki, varlı ölkələrdə təhsilli insanların işsiz qalmaq riski azdır, inkişaf etməkdə olan və orta səviyyəli ölkələrdə ali təhsilli insanların sayı bəzən müvafiq ixtisasa uyğun iş yerlərinin sayından çox olur.
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ


































